Satış məsləhətçisi
Bakı
Tam Ştat
Menecer
600 AZN-dən
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 21 mart 2026
Təsvir
Vəzifə: Satış məsləhətçisi
Vəzifələr və məsuliyyətlər
Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.
Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək
Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.
Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.
Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.
Müştəri şikayət və sorğularını cavablandırmaq.
Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.
Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.
Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.
İş saatları və əmək şərtləri
Əmək haqqı: 600 AZN (+ bonus)
İş qrafiki: 6 günlük iş qrafiki.
Baş ofis: H.Əliyev pr.152, Çinar Plaza
Uyğun namizədlər CV fomalarını poçt ünvanına mövzu hissədə “Satış məsləhətçisi” qeyd edərək göndərə bilərlər.
Tələblər
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : -
Tələb edilən bacarıqlar və təhsil
Ali və ya orta ixtisas təhsili.
Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.
Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.
Azərbaycan və rus dilləri sərbəst, ingilis dilini bilmək üstünlükdür.
MS Office proqramları (Word, Excel) və 1C proqramlarını bilmək.
Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.
Problemləri həll etmə və qərarvermə bacarığı.
Komanda ilə işləmə və təşəbbüskarlıq.
Necə Müraciət Etmək Olar
My Shops MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8213
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer