Sənədləşmə və müştəri xidməti üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
İşəgötürən: "Baku Hotel Company" QSC
Struktur bölmə: Əməliyyatlar departamenti
İş haqda məlumat:
İş rejimi: 5 gün, 09:00-18:00;
Əmək haqqı: Müsahibə əsasında təyin edilir;
Nahar şirkət tərəfindən təmin edilir;
Könüllü tibbi sığorta;
Vəzifə tələbləri:
Menecment, biznes idarəetməsi, turizm və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;
Müştəri yönümlü düşüncə və yüksək ünsiyyət bacarığı;
Müştəri müraciətləri və şikayətlərin idarə olunması üzrə təcrübə;
Komanda ilə işləmək və müxtəlif şöbələrlə koordinasiya bacarığı;
Azərbaycan dili, İngilis dili – sərbəst, rus dili – üstünlükdür;
MS Office proqramları ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Müqavilə, müraciət və digər sənədlərin hazırlanmasını təmin etmək;
Sənədlərin aidiyyəti şəxslərlə razılaşdırılması və imzalanma prosesini koordinasiya etmək;
Müqavilə və sənədlərin icra müddətlərinə nəzarət etmək;
Müştəri və rezident müraciətlərini qəbul etmək və operativ yönləndirmək;
İcarə, yerləşdirmə və əlaqəli əməliyyat proseslərini koordinasiya etmək;
Müxtəlif şöbələrlə koordinasiyalı işləmək və proseslərin düzgün icrasını izləmək;
Hesabatların və məlumat bazasının düzgün aparılmasını təmin etmək;
Sənədlərin arxivləşdirilməsi və qeydiyyatının aparılmasına nəzarət etmək.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Sənədləşmə və müştəri xidməti üzrə mütəxəssis" qeyd etməklə CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Baku Hotel Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17719
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə