Texniki ofis mühəndisi
Müqavilə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
**İşəgötürən: "**Baku Hotel Company" QSC
Struktur bölmə: Layihələrin idarə olunması departamenti
İş yeri: Layihə əsaslı
Əmək haqqı: Müsahibə əsasında
Tələblər
İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
Texniki ofis sahəsində 8–12 il iş təcrübəsi.
Ən azı 3–5 il rəhbər vəzifədə təcrübə.
Yaşayış və kommersiya/ticarət mərkəzi layihələrində iş təcrübəsi.
Tikinti çertyojları və layihə sənədləşdirilməsi üzrə güclü biliklər.
AutoCAD, Revit və digər layihələndirmə proqramlarında işləmə bacarığı.
Primavera, MS Project və digər layihə idarəetmə proqramları ilə tanışlıq.
Beynəlxalq standartlar (BS, ACI, ASTM, ISO) və yerli normativ tələblər üzrə biliklər.
Güclü liderlik və təşkilati bacarıqlar.
Eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
Müştərilər, məsləhətçilər və subpodratçılar ilə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri
Texniki ofis komandasına (mühəndislər, çertyojçular, sənəd nəzarətçiləri) rəhbərlik etmək və onların fəaliyyətini koordinasiya etmək.
Shop drawing (icra/işçi cizgiləri), as-built drawing (faktiki vəziyyət cizgiləri) və material təqdimatlarını layihə spesifikasiyalarına və standartlara uyğun olaraq yoxlamaq və təsdiqləmək.
Tikinti çertyojlarının hazırlanmasına, dizayn dəyişikliklərinə və RFI sorğularının hazırlanmasına nəzarət etmək.
Məsləhətçilər, memarlar, konstruksiya və MEP mühəndisləri ilə texniki koordinasiya aparmaq.
Shop drawing (icra/işçi cizgiləri) və materialların vaxtında təsdiqlənməsini təmin etmək.
İşçi çertyojların hazırlanma qrafikini tərtib etmək və layihə proqramı ilə uyğunluğunu təmin etmək.
Layihə sənədlərini (spesifikasiyalar, BOQ, çertyojlar) analiz edərək uyğunsuzluqları və dəyişiklikləri müəyyən etmək.
Sahə mühəndislərinə və tikinti komandalarına texniki dəstək göstərmək.
Texniki və QS komandaları tərəfindən hazırlanan miqdar hesablamaları və ödəniş sənədlərini yoxlamaq.
Texniki sənədlərin düzgün arxivləşdirilməsini və idarə olunmasını təmin etmək.
Layihənin təhvil verilməsi üçün lazımi sənədlərin hazırlanmasına rəhbərlik etmək (as-built çertyojlar).
Dizayn dəyişiklikləri və tikinti prosesində yaranan texniki problemlər üçün mühəndislik həlləri təqdim etmək.
Əsas kompetensiyalar
Komanda idarəetməsi və koordinasiya
Analitik düşüncə və problem həll etmə bacarığı
Çoxsahəli texniki biliklər (inşaat, memarlıq, MEP)
Texniki çertyoj və layihə idarəetməsi
Vaxt və xərclərin optimallaşdırılması
Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Texniki ofis mühəndisi" qeyd etməklə CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Baku Hotel Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17720
İş Növü
Müqavilə
Təcrübə Səviyyəsi
Orta Səviyyə