Sənədlərlə iş üzrə təcrübəçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Daxil olan sənədlərin yoxlanılması;
Daxil olan sənədlərin təsdiqə təqdim edilməsi;
Sənədlərin icraya yönəldilməsi;
Kənardan daxil olan məktub və sənədlərin qəbul edilib, aidiyyatı üzrə təhvil verilməsi;
Zavodlar arası sənəd dövriyyəsinin təşkili;
Başqa təşkilat və idarələrə sənəd və məktubların göndərilməsi;
Rəhbərliyin verdiyi müvafiq tapşırıqların icrası.
Tələblər
Təhsili: Ali təhsil;
Ofis proqramları biliyi üstünlükdür;
Çevik, məsuliyyətli və komanda ilə işləmək bacarığına malik olmalı;
Fikrini izah etmək qəbiliyyəti, işə planlı yanaşmaq, detallara diqqət yetirmək, fəal olmaq.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 5 günlük;
İstirahət: Şənbə və bazar günü.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9343
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000