Ana Səhifə
Vakansiyalar

Sənəd üzrə nəzarətçi

Sənəd üzrə nəzarətçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 10 aprel 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Layihə üzrə bütün texniki sənədləri, planları, məktubları, icazələri və aktları qəbul etmək, qeydiyyatını aparmaq, arxivləmək;

  • Gələn və gedən sənədlərin sistemli qeydiyyatını və izlənməsini təmin etmək;

  • Çertyoj və sənəd versiyalarını nəzarətdə saxlamaq, düzgün fayl və tarixlərlə qeyd etmək;

  • Podratçılardan daxil olan sənədlərin düzgünlüyünü yoxlamaq və aidiyyəti üzrə yönləndirmək;

  • Sənədlərin təsdiq mərhələlərini izləmək və gecikmə hallarında əlaqədar tərəfləri məlumatlandırmaq;

  • Arxiv və server strukturlarını standartlara uyğun şəkildə təşkil və idarə etmək;

  • Layihə komandası və rəhbərlik üçün gündəlik, həftəlik və aylıq sənəd hesabatlarını hazırlamaq;

  • Məxfi və vacib sənədlərin qorunmasını və düzgün şəkildə yayılmasını təmin etmək;

  • Təsdiqlənmiş və istifadə olunacaq son versiyaların “For Construction” statusu ilə sahəyə paylaşımını təmin etmək.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan dilində rəsmi yazışma qaydalarını bilmək;

  • MS Office proqramlarında (xüsusilə Word, Excel) işləmək bacarığı;

  • Elektron sənəd dövriyyə sistemləri ilə işləmə bacarığı;

  • Arxivləşdirmə və sənədlərin saxlanma qaydalarını bilmək;

  • Tikinti üzrə keyfiyyət sənədləri ilə bağlı məlumatlılıq;

  • Analitik düşüncə və qeydiyyat bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • Təhsil: Ali təhsil.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik?

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Nahar;

  • Şirkət hesabına korporativ nömrə;

  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Sənəd üzrə nəzarətçi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11067

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Məhsul Meneceri (Spirtli içki və Süd məhsulları üzrə)

Tam Ştat

Əsas vəzifə öhdəlikləri: Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması; Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması; Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması; Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi; Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi; Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi; Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.); Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi; Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.