Sendviç ustası
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 23 may 2026
Təsvir
Müxtəlif növ sendviçləri reseptlərə və müəssisə standartlarına uyğun hazırlamaq
Yeni sendviç reseptlərinin hazırlanması və menyunun inkişafında iştirak etmək
Məhsulların keyfiyyətinə nəzarət etmək və düzgün inqrediyent seçimini təmin etmək
Hazırlanan məhsulların dad, görünüş və təqdimat standartlarına uyğunluğunu yoxlamaq
Günlük menyuya uyğun iş bölgüsünü təşkil etmək və hazırlıq prosesinə nəzarət etmək
Porsiya ölçülərinin və reseptlərin düzgün tətbiqinə nəzarət etmək
Qida təhlükəsizliyi və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək
Məhsul israfının qarşısını almaq üçün nəzarət və optimallaşdırma aparmaq
Stokların idarə olunmasında və sifarişlərin planlanmasında iştirak etmək
Mətbəx avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək
Tələblər
Orta ixtisas və ya ali təhsil (qida texnologiyası və ya kulinariya sahəsi üzrə üstünlükdür)
Müvafiq sahədə (sendviç ustası / aşpaz) minimum 2 il iş təcrübəsi
Müxtəlif sendviç növlərinin hazırlanması və reseptlərlə işləmə bacarığı
Menyu planlaması və yeni məhsulların hazırlanması üzrə ilkin təcrübə
Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydaları üzrə bilik və təcrübə
Məhsul keyfiyyətinə nəzarət və düzgün inqrediyent seçimi bacarığı
Komandaya rəhbərlik və iş bölgüsünü təşkil etmə qabiliyyəti
Operativ qərarvermə və problem həll etmə bacarığı
Stok idarəetməsi və sifariş planlaması üzrə anlayış
İsrafın azaldılması və resurslardan səmərəli istifadə bacarığı
Mətbəx avadanlıqları ilə işləmə və təhlükəsizlik qaydalarına riayət etmə
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15139
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+