Sendviç usta köməkçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 23 may 2026
Təsvir
Sendviçlərin hazırlanması prosesində ustaya dəstək göstərmək
Məhsulların düzgün seçilməsini, yuyulmasını, təmizlənməsini və doğranmasını təmin etmək
Çörək, sous və digər inqrediyentləri reseptlərə uyğun şəkildə hazırlamaq
Gigiyena və sanitariya qaydalarına ciddi əməl etmək
İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək
Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək
Məhsulların saxlanma qaydalarına nəzarət etmək və yararlılıq müddətlərini izləmək
Məhsul israfını minimuma endirmək
Lazımi məhsulların stokuna nəzarətdə dəstək olmaq
Reseptlərə uyğun porsiya ölçülərini qorumaq
Zərurət olduqda yeni sendviç növlərinin hazırlanmasında iştirak etmək
Tələblər
Orta və ya orta ixtisas təhsili (qida sahəsi üzrə olması üstünlükdür)
Mətbəx və ya fast-food sahəsində minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur
Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydaları üzrə ilkin biliklər
Komanda ilə işləmə qabiliyyəti və məsuliyyətli yanaşma
Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə bacarığı
Operativlik, çeviklik və detallara diqqət
Verilən reseptlərə və standartlara uyğun işləmək bacarığı
Stoklara nəzarət və israfın qarşısının alınması ilə bağlı anlayış
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15138
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+