Salat ustası köməkçisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 23 may 2026

Təsvir

  • Salatların hazırlanması prosesində ustaya dəstək göstərmək

  • Məhsulların düzgün seçilməsini, yuyulmasını, təmizlənməsini və doğranmasını təmin etmək

  • Salatların reseptlərə uyğun hazırlanmasında iştirak etmək

  • Hazır məhsulların estetik şəkildə bəzədilməsini və təqdimatını təmin etmək

  • Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına ciddi riayət etmək

  • İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək

  • Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək

  • Məhsulların saxlanma qaydalarına nəzarət etmək və israfı minimuma endirmək

  • Lazımi məhsulların stokuna nəzarətdə dəstək göstərmək

  • Reseptlərə uyğun porsiya ölçülərini qorumaq

  • Zərurət olduqda yeni salat növlərinin hazırlanmasında iştirak etmək

Tələblər

  • Orta və ya orta ixtisas təhsili

  • Mətbəx və ya qida sahəsində iş təcrübəsi üstünlükdür

  • Qida təhlükəsizliyi və gigiyena qaydaları üzrə ilkin biliklər

  • Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma

  • Operativlik, çeviklik və detallara diqqət

  • Fiziki cəhətdən aktiv iş rejiminə uyğunluq

  • Mətbəx avadanlıqları ilə işləmə bacarığı

  • Təmizliyə və səliqəyə yüksək diqqət

  • Öyrənməyə açıq olmaq və təşəbbüskarlıq

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15137

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya