Security Officer

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 may 2026

Son Tarix: 4 iyun 2026

Təsvir

  • Təhlükəsizliklə bağlı bütün hadisələrin qeydiyyat jurnalında qeydə alınmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;

  • Vestibül, dəhliz, qonaq otaqları və digər ictimai ərazilərdə müntəzəm nəzarət həyata keçirmək, təhlükəsizlik və yanğın risklərinin olmadığını yoxlamaq;

  • Zəruri hallarda kömək çağırışlarına operativ reaksiya vermək;

  • Açarların verilməsi ilə bağlı otel siyasət və prosedurlarına riayət olunmasını təmin etmək;

  • Qonaqlar, təchizatçılar, podratçılar və əməkdaşlar üçün təhlükəsizlik vəsiqələrinin düzgün tətbiqinə nəzarət etmək;

  • Təyin olunmuş postlarda (giriş qapısı, nəzarət otağı, əsas giriş və s.) tapşırıqları peşəkar şəkildə yerinə yetirmək;

  • Fövqəladə hallarda və təxliyə prosesində aktiv iştirak etmək;

  • Təxliyə çıxışlarının daim açıq və maneəsiz olmasını təmin etmək;

  • Şübhəli şəxslərlə etik qaydalar çərçivəsində ünsiyyət qurmaq və zəruri tədbirlər görmək;

Tələblər

Təhsil:

  • Orta təhsil

Tələblər:

  • İş təcrübəsi: Müvafiq sahəsində ən azı 1 il

Bilik və bacarıqlar:

  • Yüksək fiziki dözümlülük

  • Nəzarət və yoxlama avadanlıqları ilə işləmə bacarığı

  • Yanğın təhlükəsizliyi üzrə ilkin biliklər

  • Stressli şəraitdə işləmə bacarığı

  • Problem həll etmə və operativ qərarvermə qabiliyyəti

  • Rus və İngilis dillərini bilmək arzuolunandır

İş vaxtı norması:

  • Növbəli qrafik üzrə ( Həftəlik 40 saat)

Digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri:

  • Faktiki ünvan: Bakı şəhəri, Badamdar qəs., "Badamdar Hotel&Residences" Hotel

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15959

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Satış üzrə Menecer

Tam Ştat

Müəssisə üzrə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq. Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq. Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq. Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “TABİA Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək. Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq. Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq. Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək. Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək. Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satış üzrə Direktora təqdim etmək. Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək. Şirkətin göstərişlərinə əməl etməklə, korporativ və səyahət üzrə hesabların səmərəli məlumat bazasını aparmaq. Bazarın tələblərini və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək. Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq. Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq. Məhsula dair bilikləri daima yeniləmək.

Qida və İçki üzrə Menecer köməkçisi

Tam Ştat

İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə hotelin tədbirlər planının icra edilməsini təmin edilməsində iştirak etmək. Hər bir şöbə üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək. Bölmələrarası müntəzəm hesabat görüşləri keçirmək və şöbələrarası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsinində iştirak etmək. İaşə şöbəsinin əməliyyatlarının fasiləsiz və problemsiz fəaliyyət göstərməsini təmin etmək. Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək. Digər şöbələrdə müvafiq sayıldıqda, işçilərin daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək. İctimai ərazilərdə fəaliyyət göstərərək əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək. İaşə şöbəsinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək. Hər bir ticarət obyektinin (məs. iaşə obyekti, bar, banket zalları) rentabelli fəaliyyət göstərməsini təmin etməkdə menecerə dəstək göstərmək. Hər bir təsərrüfat bölməsinin (məs. Texniki Təmizlik Xidməti) mümkün qədər minimal xərclər çərçivəsində işləməsini təmin etmək. İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək. Müvafiq sayıldıqda, müvafiq şöbə müdirlərini işə cəlb etməklə, aylıq proqnozların hazırlanmasında iştirak etmək. Müvafiq sayıldıqda, aidiyyəti olan şöbə müdirləri vasitəsilə fəaliyyət göstərərək, əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə olunmasında menecerə dəstək göstərmək. Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı hotelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək. İnventarların idarə edilməsi və hotelin istismar avadanlıqları və digər aktivlərinə cari texniki xidmətin göstərilməsinə kömək etmək.

Gecə əməliyyatları üzrə menecer

Tam Ştat

Müştərilərin qəbulu və yerləşdirilməsi üzrə menecerin olmadığı vaxtlarda (gecə növbəsində) onu əvəz etmək; Standartları bilmək və öz gündəlik fəaliyyətində onları tətbiq etmək və beləcə mehmanxananın hədəflərinə çatmağa çalışmaq. Konkret istiqamətli və məqsədli treninqlər vasitəsilə bu standartlara riayət edilməsinə nail olmaq; Gecə auditorunun işinə yardım etmək və gərəkdiyində icra etmək; Lazım gələrsə mehmanxananın tərk edilməsi ilə əlaqədar olaraq müştərilərin qeydiyyatının silinməsi və dəyişiklətin müvafiq təsdiqlə icrası; Mehmanxana haqqındakı dərin biliklərindən mehmanxana daxili satışların və mehmanxana təsislərinin göstərdiyi xidmətlərin satışlarının artırılması; Mehmanxananın gündəlik fəaliyyətindən xəbərdar olmaq; Təsərrüfat şöbəsi işçiləri, konsyerj, nömrə xidməti işçilərinə və s. müştərilərin xüsusi tələbləri, onların mehmanxanadan səhər tezdən və ya gecə vaxtı ayrılması, otaqların dəyişdirilməsi, taksilər, qəzet tələb edilməsi və digər önəmli hadisələr haqqında məlumat vermək; Müştəri qeydiyyatında (reception) mehmanxananın kredit siyasətinə əməl edilməsi üçün digər əlaqədar şəxslərlə birlikdə məsuliyyət daşıyır; Gündəlik statistik məlumatları hazırlayır (mehmanxana xidmətləri üçün təklif edilən qiymətlərin düzgünlüyünü, fərdi və qrup sifarişlərinə daxil olan müştərilərin iqtisadiyyatın hansı sahəsindən olmasını yoxlayır); Qeydiyyat blanklarını yoxlayır, blanklardakı məlumatları kompüterə dəqiq daxil edilməsinə nəzarət edir; Məsul olduğu nağd vəsaitlərin işlənməsi, yəni gündəlik yoxlamalar, çatışmayan vəsaitlərin bildirilməsi və bəxşişlərin ayrıca hesablanması üçün məsuliyyət daşıyır; Mehmanxana daxilindəki obyektlərin açarlarının işlədilməsi (restoran, anbar və s.); Bir əvvəlki növbədən bütün əlaqədar məlumatları, o cümlədən görülən işin həcmi, xüsusi statuslu qonaqlar, yerinə yetirilməli olan işlər və tədbirlər barədə məlumatlar almaq və eyni məlumatları bir sonrakı növbəyə ötürmək; Mövcud standartlar və rəhbərliyin təlimatları çərçivəsində müştərilərə hər zaman səmərəli və dostcasına xidmət göstərmək; Mehmanxananın xidmətlərindən tez-tez istifadə edən və ya önəmli müştərilərlə əlaqələri davam etdirmək; Gecə vaxtı yaranmış problemlər və müştərilərin şikayətləri barədə partnyorlara və mehmanxana işçilərinə müraciət etmək; Müştərilərin şikayətinə baxmaq və şikayətlərinə səbəb olan problemlərin dərhal həll edilməsinə çalışmaq; Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında öz iş yoldaşlarına və müştərilərə düzgün informasiya verə bilmək; Bütün sistemlərin səmərəli istifadəsi və işlək vəziyyətdə saxlanması; Müştəri qeydiyyatı (reception) və mühasibat üçün istifadə edilən proqram təminatını hər gün axşam bağlayır və surətini saxlayır; Gecə növbəsində mehmanxanada sakitliyin, asayişin, təhlükəsizliyin bərqərar edilməsi və davam etdirilməsi üçün məsuliyyət daşıyır; Gecə boyu müntəzəm olaraq mehmanxananın bütün hissələrini, digər işçiləri, digər şirkətlərin nümayəndələrini (mövcudluqların və işlərinin keyfiyyətini) yoxlayır; Mehmanxanada tətbiq edilən təhlükəsizlik tədbirləri ilə əlaqədar hamı ilə birlikdə məsuliyyət daşıyır və təhlükəsizlik texnikası üzrə təlimatlara, xüsusilə dəzgah və avadanlıqları işlədərkən ciddi şəkildə riayət edir; Digər şöbələrlə, Müştərilərin qəbulu və yerləşdirilməsi üzrə menecerlə, Əməliyyat şöbəsinin direktoru ilə  əməkdaşlıq edir onlarla məlumat mübadiləsi aparır; Standartlara əməl edilməsi, bununla əlaqədar nəzarəti təmin etmək üçün treninqlərin təşkil edilməsi üçün əlaqədar şəxslərlə birlikdə məsuliyyət daşıyır; Müştərilərin qəbulu və yerləşdirilməsi xidməti təlimatlarının yeni tələblərə görə dəyişdirilməsi üçün əlaqədar şəxslərlə birlikdə məsuliyyət daşıyır; Qeyd jurnalına gecə vaxtı baş verən önəmli hadisələr barəsində məlumatlar daxil etmək və bu jurnalı müştərilərin qəbulu və yerləşdirilməsi üzrə menecerə təqdim etmək; Gecə xidməti zamanı mehmanxananın bütün şöbələrinin işçilərinin xəstəlik raportlarını qəbul etmək, əlaqədar şöbələrə ötürmək və xəstələnən işçiləri digər işçilərlə əvəz etmək; Mövcud standartlar çərçivəsində bütün müştərilərə ən yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə Müştərilərin qəbulu və yerləşdirilməsi şöbəsinin gecə işçilərinə kömək etmək, onlara nəzarət etmək, onları öyrətmək; Gecə vaxtı işlərin ardıcıl surətdə davam etməsi (günlük hesabların bağlanması və s.) üçün məsuliyyət daşıyır; Treninqlərdə müntəzəm olaraq iştirak etmək və treninqlərdə əldə etdiyi bilikləri gündəlik işinə tətbiq etmək;