Qida və İçki üzrə Menecer köməkçisi
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə hotelin tədbirlər planının icra edilməsini təmin edilməsində iştirak etmək.
Hər bir şöbə üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək.
Bölmələrarası müntəzəm hesabat görüşləri keçirmək və şöbələrarası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsinində iştirak etmək.
İaşə şöbəsinin əməliyyatlarının fasiləsiz və problemsiz fəaliyyət göstərməsini təmin etmək.
Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək.
Digər şöbələrdə müvafiq sayıldıqda, işçilərin daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək.
İctimai ərazilərdə fəaliyyət göstərərək əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək.
İaşə şöbəsinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək.
Hər bir ticarət obyektinin (məs. iaşə obyekti, bar, banket zalları) rentabelli fəaliyyət göstərməsini təmin etməkdə menecerə dəstək göstərmək.
Hər bir təsərrüfat bölməsinin (məs. Texniki Təmizlik Xidməti) mümkün qədər minimal xərclər çərçivəsində işləməsini təmin etmək.
İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək.
Müvafiq sayıldıqda, müvafiq şöbə müdirlərini işə cəlb etməklə, aylıq proqnozların hazırlanmasında iştirak etmək.
Müvafiq sayıldıqda, aidiyyəti olan şöbə müdirləri vasitəsilə fəaliyyət göstərərək, əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə olunmasında menecerə dəstək göstərmək.
Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı hotelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək.
İnventarların idarə edilməsi və hotelin istismar avadanlıqları və digər aktivlərinə cari texniki xidmətin göstərilməsinə kömək etmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə 3-4 il iş təcrübəsi;
Problemləri həll etmə bacarığı;
Əla təşkilatçılıq və inzibati bacarıqlar;
Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili – sərbəst.
İş vaxtı norması:
5 günlük iş həftəsi (Növbəli qrafik)
İstirahət günü: 2 (iki) gün.
Fəaliyyət ünvanı: Bakı şəhəri, Excelsior Hotel Baku,Curio Collection by Hilton
Necə Müraciət Etmək Olar
TABIA Group LLC
Other
TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15957
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
501-1000