Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 28 fevral 2026

Son Tarix: 29 mart 2026

Təsvir

  • LAN, WAN və WLAN şəbəkələri ilə işləmək bacarığının olması;

  • Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, TCP/IP, DHCP v.s);

  • L2 və L3 səviyyədə konfiqurasiya və problemləri aşkar edib həll etmə bacarığının olması;

  • Müxtəlif şəbəkə avadanlıqların quraşdırılması və onlarla işləmək bacarığı (NGFirewall, Router, Switch, Access Point, Wireless Controller v.s);

  • Şəbəkədə L2 və L3 səviyyədə təhlükəsizlik qaydalarının tətbiq edilməsi ilə bağlı bilik və bacarıqların olması (ACL, DHCP snooping, Port security v.s);

  • Şəbəkədə yaranan problemlərin qısa müddətdə analizi və aradan qaldırılması;

  • Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı bütün aidiyyəti işçi qrupların məlumatlandırılması;

  • Şəbəkə infrasturkturu üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin, problemlərin qeydiyatının aparılması;

  • Şəbəkə avadanlıqlarının quraşdırılmasının optimal şəkildə həyata keçirilməsi;

  • Müntəzəm olaraq şəbəkəyə aid avadanlıq və sistemlərin monitorinq edilməsi;

  • Şəbəkəyə aid avadanlıq və sistemlərin loqlarının daimi və düzgün şəkildə aparılmasının təmin edilməsi;

  • Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri və ya kompüter mühəndisliyi üzrə ali təhsili olanlara üstünlük verilir);

  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;

  • Komanda işi və əməkdaşlıq;

  • Dil bilikləri: Azərbaycan dili – əla, ingilis və ya rus dili üstünlük təşkil edir.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9995

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Məhsul sahibi (Product Owner)

Tam Ştat

Məhsulun vizyonunun və dəyər təklifinin formalaşdırılması, strategiyasının təşkilatın ümumi hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi və nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması; Maraqlı tərəflər, komanda və e-hökumət ekosistemi ilə davamlı əməkdaşlığın qurulması, vətəndaş-mərkəzli və həll-yönümlü yanaşmanın təmin edilməsi; Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşmanın tətbiq edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, qərarların məlumat və nəticələrə əsaslandırılmasının təmin edilməsi; Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsi, backlog-un prioritetləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi; Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi, milli rəqəmsal strategiyalar və e-hökumət çərçivələri üzrə biliklərin tətbiq edilməsi; Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması, zəruri kompromis qərarlarının qəbul edilməsi; Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsi, liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin yaradılması; Yenilikçi və analitik düşüncə tərzinin tətbiq edilməsi, dəyişikliklərin təşviq edilməsi, empatik və daxili motivasiyaya əsaslanan yanaşmanın nümayiş etdirilməsi.