Satış və Qeydiyyat üzrə Mütəxəssis
Bakı,, Nəsimi, rayonu,, Nizami, küçəsi, 203, B, (28, MAY,, AF, BUSİNESS, HOUSE, 7-cimərtəbə)
Tam Ştat
Orta Səviyyə
600 - 800 AZN
Yerləşdirilib 19 may 2026
Son Tarix: 23 iyun 2026
Təsvir
Global Olympiad Center beynəlxalq olimpiada, yarış, təhsil proqramları və akademik layihələrin təşkili sahəsində fəaliyyət göstərən peşəkar təhsil qurumudur. Hazırda komandamıza aktiv satış edə bilən, yeni müştərilər cəlb edən, müraciətləri qeydiyyata çevirən və müştəri ilə prosesi A-dan Z-yə qədər idarə edə biləcək Satış və Qeydiyyat üzrə Mütəxəssis axtarırıq.
Bu vəzifə yalnız daxil olan zəng və mesajların cavablandırılması ilə məhdudlaşmır. Namizəd aktiv şəkildə yeni müştərilər tapmalı, yeni satış kanalları araşdırmalı, müştəri bazası formalaşdırmalı və qeydiyyat prosesinin tam tamamlanmasına qədər müştəri ilə əlaqəni davam etdirməlidir.
Əsas vəzifə öhdəlikləri
Yeni müştərilərin tapılması və şirkətə cəlb edilməsi;
Yeni müştəri bazasının yaradılması və mövcud bazanın genişləndirilməsi;
Yeni satış kanallarının araşdırılması və potensial əməkdaşlıq imkanlarının müəyyən edilməsi;
Məktəblər, müəllimlər, valideyn qrupları, kurslar və digər potensial tərəfdaşlarla əlaqə imkanlarının tapılması;
Telefon, WhatsApp, sosial media, sayt, reklam və digər kanallar üzərindən gələn müraciətlərin cavablandırılması;
Valideyn və şagirdlərə GOC-un olimpiada, yarış, tədris və beynəlxalq proqramları haqqında düzgün və ətraflı məlumat verilməsi;
Müraciət edən şəxslərin qeydiyyata yönləndirilməsi və satış prosesinin tamamlanması;
Müştəri ilə ilk əlaqədən ödəniş və qeydiyyatın tamamlanmasına qədər bütün prosesin izlənilməsi;
Qeydiyyat forması, ödəniş, sənəd və digər mərhələlər üzrə müştəriyə dəstək göstərilməsi;
Qeydiyyatı yarımçıq qalan müştərilərlə təkrar əlaqə saxlanılması;
Potensial müştərilərlə mütəmadi follow-up aparılması;
Gələn problemli müraciətlərin cavablandırılması və ilkin həll yolunun təqdim edilməsi;
Həlli mümkün olmayan müraciətlərin rəhbərliyə vaxtında yönləndirilməsi;
Müştərinin sual, etiraz və tərəddüdlərinə peşəkar şəkildə cavab verilməsi;
Gündəlik müraciət, zəng, satış və qeydiyyat hesabatlarının hazırlanması;
Aylıq satış hədəflərinə və KPI göstəricilərinə uyğun fəaliyyət göstərilməsi;
Şirkətin satış skriptlərinə, kommunikasiya qaydalarına və daxili prosedurlarına riayət edilməsi;
Rəhbərlik tərəfindən verilən satış, qeydiyyat və müştəri əlaqələri ilə bağlı digər tapşırıqların icra edilməsi.
Namizədə tələblər
Satış və müştəri xidməti sahəsində təcrübə;
Aktiv satış və yeni müştəri cəlbi üzrə bacarıq;
Telefon, WhatsApp və sosial media üzərindən satış aparmaq bacarığı;
Müştəri ilə peşəkar, inandırıcı və nəticəyönümlü ünsiyyət qurmaq qabiliyyəti;
Problemli müraciətləri düzgün idarə etmək və həll yönümlü yanaşmaq;
Qeydiyyat və satış prosesini sona qədər izləmək bacarığı;
Məsuliyyətli, intizamlı, çevik və nəticəyə fokuslanmış olmaq;
Gündəlik hesabat təqdim etmə bacarığı;
Komanda ilə işləmək bacarığı;
Kompüter və ofis proqramlarından istifadə bacarığı;
Azərbaycan dili mütləqdir;
Rus və ingilis dili bilikləri üstünlükdür;
Təhsil, kurs, olimpiada və ya xidmət satışı sahəsində təcrübə üstünlük hesab olunur.
İş qrafiki
I–V günlər: 10:00–18:00
VI gün: 10:00–17:00
Bazar günü: istirahət günü
Əmək haqqı
Başlanğıc əmək haqqı: 600–800 AZN
3 aylıq sınaq müddətindən sonra əməkdaşın nəticələrinə əsasən KPI və satış bonusları tətbiq olunacaq.
Stabil və inkişaf edən təhsil şirkətində iş imkanı;
Beynəlxalq layihələr və olimpiadalarla işləmək təcrübəsi;
Satış nəticələrinə əsaslanan əlavə gəlir imkanı;
Peşəkar və dinamik komanda mühiti;
Karyera inkişafı perspektivi.
Vacib qeyd
Necə Müraciət Etmək Olar
Global Olympiyad Center
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16954
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə