Satış və Ön Ofis (Front of House) köməkçisi
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
PASHA Real Estate rezidensiyaların satış ofisində komandamıza qoşulmaq üçün dinamik və ünsiyyətcil Satış və Ön Ofis üzrə Köməkçi axtarır. Müştərilərlə ilk təmas nöqtəsi olaraq, siz qonaqpərvər mühitin yaradılmasında və müştərilərin ilk təəssüratının formalaşmasında mühüm rol oynayacaqsınız. Siz Satış komandasının işinə dəstək verəcək və bütün ziyarətçilər üçün peşəkar və yüksək səviyyəli xidmətin təmin olunmasına töhfə verəcəksiniz.
Satış və Ön Ofis üzrə Köməkçi tapşırıqları yüksək keyfiyyətlə yerinə yetirməli və hər zaman peşəkar görünüş və davranış nümayiş etdirməlidir.
Əsas vəzifə öhdəlikləri:
Müştəriləri peşəkar şəkildə qarşılamaq və rezidensiyanın imkanları, xidmətləri, fəaliyyətləri və tədbirləri barədə ilkin yüksək səviyyəli məlumat təqdim etmək;
Müştəriləri CRM sistemində yoxlamaq və onları uyğun satış menecerlərinə yönləndirmək;
Ofisə gələn və zəng edən müştərilərlə iş proseslərini effektiv şəkildə idarə edərək müştəri münasibətlərini qurmaq;
Zərurət olduqda Satış Menecerlərinə dəstək vermək;
Gündəlik ofis fəaliyyətləri üzrə hesabatlar hazırlamaq;
Təqvimlərin və iclas otaqlarının rezervasiyasının idarə olunması, ofis ləvazimatlarının təmin edilməsi, təchizatçılarla əlaqə, ön ofis sahəsinin səliqəli və təşkil olunmuş saxlanılması kimi ümumi inzibati işləri yerinə yetirmək;
Rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər
Tələb olunan təhsil və təcrübə:
Ali təhsil (turizm və/və ya qonaqpərvərlik sahəsində ixtisaslaşmaya üstünlük verilir);
Ön ofis və ya müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi.
Tələb olunan bacarıqlar:
Yüksək ünsiyyət bacarıqları, peşəkar görünüş və mehriban
Yüksək səviyyədə müştəri xidməti sahəsinə həvəs, nəzakətli davranış;
Eyni anda bir neçə işi idarə etmək və müştərilərlə işləyərkən pozitiv yanaşmanı qorumaq bacarığı;
Yeni alət və metodları tez öyrənmək və uyğunlaşmaq qabiliyyəti;
Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
Ofis avadanlıqları ilə praktiki iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları.
Necə Müraciət Etmək Olar
Pasha Real Estate
Other
PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12687
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+