Satış üzrə təmsilçi (Tibbi satış təmsilçisi)
Tam Ştat
Menecer
600 AZN-dən
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
İş şəraiti:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam ştat, bazar ertəsi-cümə, saat 09:00–18:00. Şənbə günü qısa iş günü, 09:00–13:00
Əmək haqqı: Minimum 600 AZN
İş barədə məlumat:
Satış meneceri tərəfindən təyin edilmiş qrafik əsasında klinika və obyektlərə səfərlərin aparılması.
Gündəlik təyin olunan marşrutlar üzrə tibb müəssisələrinə və baza müştərilərinə səfər edərək şirkətin məhsulları haqda ətraflı məlumatın verilməsini təmin etmək.
Şirkət tərəfindən təqdim edilmiş təqdimatlar əsasında məhsullar haqqında yeni həkim və mütəxəssislər, hospital, klinika, aptek və s. müəssisələrlə görüşlərin keçirilməsi.
Satış prosesini dəstəkləmək və genişləndirmək.
Qısa müddətdə vəzifə yüksəlişi mümkündür.
Gündəlik və aylıq hesabatların kurasiyasında olduğu satış menecerinə təqdim olunması.
İş qrafiki:
Həftə içi: 09:00 – 18:00
Şənbə: 09:00 – 13:00 (Həftəlik hesabat iclası)
Tələblər
Tibbi sahədə ali, və ya tam orta təhsil (arzuolunandır) və minimum 1 il iş təcrübəsi vacibdir.
Azərbaycan dilini mükəmməl bilmək. Digər xarici dilləri bilmək arzu olunandır.
Yüksək danışıq qabiliyyəti, fikrini aydın və səlis izah etmə bacarığı.
Aktiv satış bacarığı, işgüzar və nəticəyönümlü yanaşma.
Məsuliyyətli, dürüst, ünsiyyətcil və komanda ilə işləmə bacarığı.
Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət.
Əmək haqqı və üstünlüklər:
Əmək haqqı müsahibə əsasında, əməkdaşın bilik və bacarıqlarına uyğun olaraq müəyyən olunur.
Fiks maaş + satış və tahsilat həcmindən %-lə bonus paketləri.
Şirkət tərəfindən nahar yeməyi, yanacaq və telefon danışıq xərcləri təmin edilir.
Müraciət üçün:
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Telefon: (012) 434-65-95 | 055 299 59 01 Elnur Rəhimov
Necə Müraciət Etmək Olar
Facet MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8019
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer