Satış üzrə Menecer

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 14 mart 2026

Təsvir

  • Müəssisə üzrə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq.

  • Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq.

  • Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.

  • Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “TABİA Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək.

  • Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq.

  • Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq.

  • Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.

  • Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək.

  • Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satış üzrə Direktora təqdim etmək.

  • Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək.

  • Şirkətin göstərişlərinə əməl etməklə, korporativ və səyahət üzrə hesabların səmərəli məlumat bazasını aparmaq.

  • Bazarın tələblərini və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək.

  • Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq.

  • Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.

  • Məhsula dair bilikləri daima yeniləmək.

Tələblər

  • Ali təhsil.

  • Cavabdeh olacaq layihə - Qalaaltı Hotel&SPA.

  • Satış sahəsində azı 3 il iş təcrübəsi.

  • Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq.

  • Yaxşı səviyyədə ingilis dili bilikləri.

  • Əla kommunikasiya və prezentasiya bacarıqları.

  • Komandada işləmə və qoyulan məqsədlərə nail olma bacarığı.

  • Planlaşdırma və iş vaxtını təşkil etmə bacarığı.

  • Satış texnikaları və danışıq aparma bacarığı.

  • Öyrənmə və peşəkar inkşaf üçün hazırlıq.

  • CRM sistemləri ilə işləm bacarığı.

  • B2B və B2C satış təcrübəsi üstünlük sayılacaq.

Necə Müraciət Etmək Olar

TABIA Group LLC

TABIA Group LLC

Other

TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8752

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Qida və İçki üzrə Menecer

Tam Ştat

İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə hotelin tədbirlər planının icra edilməsini təmin etmək. Hər bir şöbə üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək. Bölmələrarası müntəzəm hesabat görüşləri keçirmək və şöbələrarası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsini təmin etmək. İaşə şöbəsinin meneceri iş başında olmadıqda, şöbənin problemsiz işləməsini təmin etmək. Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək. Digər şöbələrdə müvafiq sayıldıqda, işçilərin daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək. İctimai ərazilərdə fəaliyyət göstərərək əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək. İaşə şöbəsinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək. Hər bir ticarət obyektinin (məs. iaşə obyekti, bar, banket zalları) rentabelli fəaliyyət göstərməsini təmin etmək. Hər bir təsərrüfat bölməsinin (məs. Texniki Təmizlik Xidməti) mümkün qədər minimal xərclər çərçivəsində işləməsini təmin etmək. İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək. Müvafiq sayıldıqda, müvafiq şöbə müdirlərini işə cəlb etməklə, aylıq proqnozların hazırlanmasında iştirak etmək. Müvafiq sayıldıqda, aidiyyəti olan şöbə müdirləri vasitəsilə fəaliyyət göstərərək, əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə etmək. Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı hotelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək. İnventarların idarə edilməsi və hotelin istismar avadanlıqları və digər aktivlərinə cari texniki xidmətin göstərilməsinə kömək etmək.

Satış üzrə Menecer(Regionlar)/Cluster Sales Manager (Regions)

Tam Ştat

Satışın analizini aparmaq bacarığı Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilməsi, analiz edə bilməsi Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar departamentə və şəxslərə çatdırılması Potensial müştərilər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim olunması Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi; Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması; Yerli sərgilərdə iştirak edərək, potensial müştərilərin cəlb edilməsi və şirkəti professional şəkildə təqdim etmə bacarığı Rəqib hotellərin daimi satış analizini izləmə bacarığı və ölkənin turizm sahəsində satış təlabatını anlamalı Xüsusi satış kompaniyalarının yaradılmasında iştirak etməli və öz ideyalarını irəli sürməli Aylıq və rüblük satış planını hazırlamalı və ay sonunda qoyulan hədəfləri məruzə etməli Satış koordinatoru tərəfindən yarana biləcək sualları cavablandırmalı və lazım gəldikdə təlimləndirmə bacarığı

Satış üzrə Direktor

Tam Ştat

Satışın analizini aparmaq bacarığı Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilməsi, analiz edə bilməsi Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar departamentə və şəxslərə çatdırılması Potensial müştərilər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim olunması Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi; Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması Yerli sərgilərdə iştirak edərək, potensial müştərilərin cəlb edilməsi və şirkəti professional şəkildə təqdim etmə bacarığı Rəqib hotellərin daimi satış analizini izləmə bacarığı və ölkənin turizm sahəsində satış təlabatını anlamalı Xüsusi satış kompaniyalarının yaradılmasında iştirak etməli və öz ideyalarını irəli sürməli Aylıq və rüblük satış planını hazırlamalı və ay sonunda qoyulan hədəfləri məruzə etməli Satış koordinatoru tərəfindən yarana biləcək sualları cavablandırmalı və lazım gəldikdə təlimləndirmə bacarığı Satış rəhbəri tərəfindən tərtib edilən şəxsi inkişaf və təlim planını vaxtında bitirməli və hesabat verməli Hədəflənən aylıq və illik büdcəni doldurmaq məqsədilə, satış strategiya planını hazırlamalı və Satış rəhbərinə hesabat verməli