Satış üzrə assistent (Şuşa)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri Satış üzrə assistent (Şuşa) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin Şuşa nümayəndəliyində satış proseslərinin dəstəklənməsi, mövcud sığorta bazasının genişləndirilməsi və müştəri məmnuniyyətinin təmin olunmasında mühüm rol oynayır. Satış üzrə assistent komandada əməkdaşlıq edərək, məhsulların tanıdılması, partnyorlarla effektiv danışıqların aparılması və rəhbərliyin tapşırıqlarının icrası ilə şirkətin biznes məqsədlərinə töhfə verir.
Öhdəliklər
Mövcud sığorta bazasının artırılması və yeni müştərilərin cəlb edilməsi
Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi
Partnyorlarla danışıqların aparılması və əlaqələrin qurulması
Datalar əsasında hesabatların hazırlanması
Birbaşa tabe olduğu rəhbərin tapşırıqlarının yerinə yetirilməsi
Bilik və Bacarıqlar
Satış bacarığı və məhsul tanıtma qabiliyyəti
Öyrənməyə meyillilik və yeni biliklərə açıq olmaq
Komanda ilə işləmə bacarığı
Stresə davamlılıq və tez reaksiya göstərmək
Sığorta qanunvericiliyi üzrə biliklər
Ünsiyyət və öz fikirlərini aydın ifadə etmək bacarığı
Dəqiqlik və məsuliyyətlilik
Dil bilikləri: Azərbaycan
Təhsil və Təcrübə
Ali təhsil
Sığorta sahəsində təcrübə arzuolunandır
Müvafiq sertifikatlar arzuolunandır
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada işləmək imkanı
Fərdi və peşəkar inkişaf üçün təlim və öyrənmə imkanları
Şirkətin uğuruna töhfə vermək və dəyər yaratmaq fürsəti
Şəffaf və açıq korporativ mədəniyyət
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13370
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000