İcbari növlər üzrə sektorun kiçik mütəxəssisi / mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri İcbari növlər üzrə sektorun kiçik mütəxəssisi / mütəxəssisivəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi
Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsi
Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və qiymətlərin razılaşdırılması
Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi
Müştərilərə sms vasitəsi ilə son məbləğin vaxtında ötürülməsi
Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkili
Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiya olunmasını təşkil etmək
Bilik və Bacarıqlar
Avtomobil və texnika sahəsində texniki biliklər
Sığorta qanunvericiliyi üzrə biliklər
Avtomobil hissələrinin bazar dəyəri və servis xidmətləri barədə məlumatlılıq
Yol-nəqliyyat hadisələri üzrə biliklər
Ünsiyyət və komanda ilə işləmək bacarığı
Məsuliyyətlilik və təşəbbüskarlıq
Stresə və ağır iş həcminə dözümlülük
Dil bilikləri: Azərbaycan
Təhsil və Təcrübə
Ali təhsil
Biznes və ya aidiyyatı sahədə minimum 1-2 il iş təcrübəsi arzuolunandır
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı
Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə mühiti
Şirkətin inkişafında və innovativ layihələrdə iştirak imkanı
Şəffaflıq və açıq ünsiyyətə əsaslanan korporativ mədəniyyət
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13369
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000