Data mərkəzi, Data analitikası və hesabat bölməsi/ Data analitika və hesabat bölməsinin rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
Biznes tələblərinin təhlili, mövcud biznes proseslərinin anlamaq və mövcud məlumatlar əsasında analitik təhlillərin aparılaraq, həllərin biznes ehtiyaclarına uyğun dizayn edilməsi;
Müxtəlif mənbələrdən məlumatların toplanması, transformasiyası və aqreqasiyası əsasında idarəetmə və operativ qərarların verilməsi üçün hesabatların hazırlanması;
Məlumatlara əsaslanan qərarverməni dəstəkləyən BI hesabatları, dashboardlar və KPI monitorinq sistemlərinin qurulması;
Təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və proseslərin optimallaşdırılması;
Strateji qərarların dəstəklənməsi üçün analitik təhlillərin, proqnozların və ssenarilərin hazırlanması, Data Warehouse və Data Lake konseptlərinin anlayışı və istifadə prinsiplərinin tətbiqi;
Məlumatların təmizlənməsi, standartlaşdırılması, deduplikasiyası və keyfiyyətinin təmin edilməsi;
Müxtəlif sistemlərdən məlumatların inteqrasiyası, vahid və istifadə oluna bilən data strukturlarının formalaşdırılması;
Data keyfiyyətinin ölçülməsi və artırılması üçün metodologiyaların və nəzarət mexanizmlərinin tətbiqi;
Data modellərinin qurulması, data axınlarının və arxitekturasının sadələşdirilmiş şəkildə dizayn edilməsində iştirak və biznes tələbin tərcümə edilməsi;
Data Warehouse və Data Lake mühitlərində məlumatların saxlanılması və normallaşdırılması prinsiplərinin idarə olunması haqqında məlumatlı və təcrübəli olması;
Mürəkkəb statistik analiz, və maşın öyrənməsi konseptləri əsasında proqnozlaşdırıcı analitik yanaşmaların tətbiqi, staistik və maşın öyrənmə modelinin qurulması zamanı analitik risk yanaşmalarının və model məntiqinin başa düşülməsi və tətbiqi;
Maliyyə analizini və risk hesabatlarını oxumaq,anlamaq və həmin göstəricilərin performans, gəlirlilik, risk aspektindən analitik həllərdə çarpaz istifadəsinin təmin edilməsi;
Analitik nəticələrin texniki və qeyri-texniki maraqlı tərəflərə aydın, strukturlaşdırılmış və biznes yönümlü şəkildə təqdim edilməsi;
Data layihələri üzrə tələblərin toplanması, prioritetləşdirilməsi və icrasının koordinasiyasını təşkil edilməsi;
SQL, Excel,Python, R və digər analitik alətlərdən istifadə etməklə data ilə bağlı texniki tapşırıqların icrası;
Texniki sənədləşmənin aparılması və analitik həllərin davamlılığının təmin edilməsi;
Namizədə olan tələblər:
İş təcrübəsi: Data sahəsi üzrə üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
Təhsili: İqtisadiyyat, Maliyyə, Menecment, İT, Riyaziyyat, Data Elmləri ixtisasları üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Rus dili:orta , İngilis dili:yaxşı
Kompüter bilikləri: MS Excel:əla , PowerBI:əla , Visio:orta , MSSQL(T-SQL):əla , PostgreSQL:əla , R Language:orta , MS PowerPoint:əla , MS Office:əla , Pyhton:əla.
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13368
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000