Satış təmsilçisi (Hugo Boss)
Tam Ştat
Menecer
775 AZN-dən
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 12 aprel 2026
Təsvir
Departament: Satış
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.
Sinteks Şirkətlər Qrupunda “Satış təmsilçisi” vakansiyası aktivdir!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Satışı fəaliyyətini həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.
Vəzifələr:
Ticarət salonunda müştərilərə xidmət göstərmək.
Ticarət salonunda malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təşkil etmək.
Mağaza meneceri tərəfindən müəyyən edilmiş hədəfi yerinə yetirmək.
Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək.
Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, oğurluq və ya itki təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.
Namizədə dair tələblər:
Ünsiyyət bacarıqları
Kollektivdə işləmə bacarığı
Stressə davamlılıq
Məsuliyyət
Təhsil:
Xüsusi təhsil tələb olunmur. (Ali təhsil arzuolunandır)
İş təcrübəsi:
Moda brendləri üzrə satış sahəsində minimum 1 il iş təcrübəsi
Əmək haqqı:
775 AZN (gross) + satışdan yüksək bonuslar
Ünvan:
3,R.Rza küç., Hugo Boss
Müraciət üçün**:** https://www.jotform.com /251063391871457 linkə daxil olaraq formu doldura bilərsiniz və ya +994512290677 (müraciətlər yanlız whatsapp üzərindən qəbul edilir).
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10991
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+