Ana Səhifə
Vakansiyalar

Satış təmsilçisi

Satış təmsilçisi

Tam Ştat

Orta Səviyyə

775 AZN-dən

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 4 aprel 2026

Təsvir

Sinteks Şirkətlər Qrupunda “Satış təmsilçisi” vakansiyası aktivdir!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Satışı fəaliyyətini həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.

Vəzifələr:

  • Ticarət salonunda müştərilərə xidmət göstərmək.

  • Ticarət salonunda malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təşkil etmək.

  • Mağaza meneceri tərəfindən müəyyən edilmiş hədəfi yerinə yetirmək.

  • Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək.

  • Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, oğurluq və ya itki təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.

Namizədə dair tələblər:

  • Ünsiyyət bacarıqları

  • Kollektivdə işləmə bacarığı

  • Stressə davamlılıq

  • Məsuliyyət

  • Təhsil: Xüsusi təhsil tələb olunmur. (Ali təhsil arzuolunandır)

  • İş təcrübəsi: Moda brendləri üzrə satış sahəsində minimum 1 il iş təcrübəsi

Əmək haqqı: 775 AZN (gross) + satışdan bonuslar

Ünvan: Neftçilər pr.151, Port Baku Mall

Müraciət üçün qeyd olunan linkə daxil olaraq formu doldura bilərsiniz və ya +994512290677 (müraciətlər yanlız whatsapp üzərindən qəbul edilir).

Necə Müraciət Etmək Olar

Sinteks Group of Companies

Sinteks Group of Companies

Retail

Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10652

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Merçendayzinq üzrə Rəhbər (Head of Merchandising)

Tam Ştat

İş şəraiti İş Yeri: Sinteks Şirkətlər Qrupu İş qrafiki: 5 gün, iş saatı: 09:00-18:00 Bu rol məhsul və assortiment planlaması, satış və stok analizləri, həmçinin bazar və müştəri tələbinin qiymətləndirilməsi üçün cavabdehdir. Vəzifənin əsas məqsədi qlobal brend strategiyasını yerli bazar ehtiyacları ilə uyğunlaşdırmaq və effektiv assortiment və stok idarəetməsi vasitəsilə kommersiya nəticələrini gücləndirməkdir. Əsas vəzifələr Qlobal assortiment strategiyasının yerli bazarın tələblərinə uyğunlaşdırılması Hər sifariş dövründən əvvəl qiymət benchmark analizləri aparmaq və məhsul planlaması ilə sifariş proseslərini H&M brend tərəfdaşları ilə koordinasiya etmək Mağazalar üzrə stok səviyyələrini, məhsul mövcudluğunu, allocation və replenishment proseslərini izləmək Satış, stok, tələbat, müştəri davranışı və bazar trendlərini analiz edərək inkişaf imkanlarını müəyyənləşdirmək və performansı artırmaq Kampaniya, promosiya və digər kommersiya fəaliyyətlərini Retail və Marketing komandaları ilə əməkdaşlıq çərçivəsində dəstəkləmək Məhsul performansını qiymətləndirmək və tövsiyələr vermək üçün mütəmadi mağaza ziyarətləri həyata keçirmək Retail, Visual Merchandising, Marketing, Finance və Logistics komandaları, eləcə də xarici brend tərəfdaşları ilə sıx əməkdaşlıq etmək Rəhbərlik üçün müntəzəm performans hesabatları hazırlamaq

Avans hesabatları və təhtəlhesab şəxslərin əməliyyatları üzrə mühasib

Tam Ştat

Sinteks Şirkətlər Qrupu “Avans hesabatları və təhtəlhesab şəxslərin əməliyyatları üzrə mühasib” axtarır! Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Bu vəzifənin rolu işçilərə pul vəsaitinin avans formada verilməsi prosesinin təşkili, verilmiş avanslar üzrə hesabatların vaxtında və aidiyyatı üzrə təqdim edilməsinin təmini, uçotda əks etdirməsi və korporativ bank kartlarına nəzarətdir. Vəzifə öhdəlikləri: Təyinatından asılı olaraq pul vəsaitin avans formada verilməsinin təşkil edilməsi Verilmiş avanslar üzrə hesabatlarının təqdim edilməsinin təmini Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması Avans hesabatlar üzrə xərclərinin uçotda əks etdirilməsi Korporativ bank kartlarının təşkili və nəzarəti Ayın bağlanması prosesində iştirak etməsi Professional biliklər: Maliyyə uçotu Nəğd və nəğdsiz əməliyyatlar üzrə qanun Ezamiyyə xərclərinin normaları haqqında qanun 1C programı MS Office (Excel) Təhsil: İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil İş təcrübəsi: Maliyyə və Mühasibatlıq sahəsində 2 il iş təcrübəsi Professional Bacarıq və Kompetensiyalar Ünsiyyət bacarıqları Detallara diqqət Zamanın idarəolunması Analitik düşüncə Məsuliyyət Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində **“Avans hesabatları və təhtəlhesab şəxslərin əməliyyatları üzrə mühasib”**qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Merçendayzinq üzrə Rəhbər (Head of Merchandising)

Tam Ştat

İş Yeri: Sinteks Şirkətlər Qrupu İş qrafiki: 5 gün, iş saatı: 09:00-18:00 Vəzifənin təsviri: Merçendayzinq  üzrə Rəhbər bütün bazarlar üzrə məhsul strategiyasının başdan sona qədər formalaşdırılması və icrasına cavabdehdir. Bu vəzifə brend identikliyi, gəlirlilik və müştəri tələbi arasında balansın qorunmasını təmin edir. Rol assortiment planlaması, paylanma (allocation), qiymət siyasəti və təkrar təchizat (replenishment) proseslərinə rəhbərlik edərək, Sinteks Group-un çoxölkəli pərakəndə strategiyasına tam uyğun, kommersiya baxımından effektiv və müştəriyönümlü məhsul təklifinin təmin edilməsinə cavabdehdir. Vəzifə öhdəlikləri: Məhsul Strategiyası və Assortiment Planlaması Sinteks-in strateji məqsədləri və H&M-in kommersiya hədəflərinə uyğun olaraq ümumi məhsul və assortiment strategiyasını hazırlamaq və icra etmək. Hər rüblük sifariş dövründən əvvəl yerli qiymətlərin rəqabətqabiliyyətliliyini təmin etmək üçün qiymət müqayisə (benchmark) təhlili aparmaq. Hər sifariş dövründən əvvəl H&M standartlarına və mağaza tələblərinə uyğun olaraq mağaza üzrə kateqoriya seqmentasiyasını müəyyən etmək. Mərkəzi anbar üzrə paylanma parametrlərini müəyyənləşdirmək və mövsüm ərzində performansa əsasən tənzimləmək. H&M-in qlobal assortiment istiqamətini yerli bazar ehtiyaclarına uyğunlaşdıraraq brend ardıcıllığını və kommersiya uğurunu təmin etmək. Rəqiblərin fəaliyyətini və müştəri seçimlərini izləyərək inkişaf imkanlarını müəyyən etmək. Satış məlumatlarını, müştəri insight-larını və bazar dinamikasını təhlil edərək məhsul və assortiment strategiyasını təkmilləşdirmək. H&M Buying komandaları ilə sifariş həcmləri, çatdırılma müddətləri və məhsul axını üzrə koordinasiya aparmaq; təchizatçıların keyfiyyət, vaxtında çatdırılma və uyğunluq göstəricilərini izləmək. Satış və Planlama komandaları ilə əməkdaşlıq edərək mövsümi tələbat proqnozlarını hazırlamaq və optimal stok axınını təmin etmək. Kommersiya Təqvimi və Aktivasiya İllik kommersiya təqvimini (kampaniyalar, promosyonlar, endirimlər və məhsul yönümlü aktivliklər) hazırlamaq və tətbiq etmək. H&M-in qlobal strategiyası ilə yerli bazar imkanları arasında uyğunluğu təmin etmək. Qlobal kommersiya planını yerli istehlakçı davranışına uyğunlaşdırmaq və ölkəyə xas tədbirlər müəyyənləşdirmək. Mövsüm daxilində və mövsüm sonrası məhsul aktivliklərini planlamaq və icra etmək. Sell-through göstəricisini və ümumi müştəri təcrübəsini optimallaşdırmaq üçün məhsul və müştəri aktivlikləri arasında balans yaratmaq. Marketinq komandası ilə birgə kampaniya sonrası nəticələri (satış artımı, trafik təsiri, ROI) qiymətləndirmək və rəhbərliyə hesabat vermək. Qiymət, Satış və Gəlirlilik İdarəetməsi Qiymət trendlərini izləmək və rəqabət qabiliyyətini qorumaqla gəlirliliyi artırmaq üçün strategiyaları tənzimləmək. Satış kanalları üzrə aydın kommersiya prioritetləri müəyyənləşdirmək və icra etmək. Sinteks və H&M məqsədlərinə uyğun olaraq stok təzəliyi hədəflərini və mövsümi fəaliyyət planlarını müəyyən etmək. Tələbat və rəqib performansına əsasən məhsul ekspozisiyasını, reytinqlərini və endirim planlarını optimallaşdırmaq. Məhsul, satış və marketinq funksiyaları arasında koordinasiya edərək gəlir artımını və gəlirliliyi artırmaq. Ümumi marja göstəricilərini və endirim effektivliyini nəzərdən keçirmək, davamlı mənfəətlilik və xərc nəzarətini təmin etmək. Stok İdarəetməsi və Paylanma Bütün region və kanallar üzrə optimal məhsul mövcudluğunu təmin edən stok idarəetmə strategiyasını hazırlamaq. Paylanma və replenishment proseslərinə nəzarət etmək. Mövsüm daxilində performansa çevik reaksiya vermək, çatdırılma, ekspozisiya və endirimləri zərurət olduqda tənzimləmək. Mövsüm sonu stok təhlili aparmaq və nəticələri növbəti planlama dövründə tətbiq etmək. Sell-through və tarixi trendlərə əsaslanaraq proqnoz dəqiqliyini izləmək. Məhsul həyat dövrünü optimallaşdırmaqla itkiləri azaltmaq və dayanıqlı, xərc baxımından effektiv stok nəzarətini təmin etmək. Bazar Analitikası və Mağaza Ziyarətləri Strateji qərarları istiqamətləndirmək üçün bazar dinamikasını, müştəri davranışını və rəqabət mövqeyini davamlı izləmək. Fiziki və onlayn mağazaları mütəmadi olaraq (təxminən həftədə iki gün) ziyarət edərək kommersiya icrasını və müştəri əlaqəsini qiymətləndirmək. Ziyarət hesabatları hazırlamaq və rəhbərliklə H&M tərəfdaşlarına strukturlaşdırılmış rəy və tövsiyələr təqdim etmək. Funksiyalararası əməkdaşlıq Retail, Visual Merçendayzinq, Marketinq, Maliyyə, Logistika və H&M komandaları ilə sıx əməkdaşlıq etmək. “Omnichannel” merçendayzinq  performansı üzrə aydın məqsəd və KPI-lar müəyyən etmək. Rəqəmsal, retail və marketinq təşəbbüslərini vahid aktivasiya təqvimi altında sinxronlaşdırmaq. Məhsul strategiyasını ölkə təşkilatlarına və H&M tərəfdaşlarına kommunikasiya etmək. Kommersiya nəticələri və təkmilləşdirmə təkliflərini rəhbərliyə və idarə heyətinə təqdim etmək. Merçendayzinq  məsələləri üzrə rəhbərliklə H&M komandaları arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək. Hesabatlılıq və Performans Təhlili Məhsul, satış və stok göstəricilərini təhlil edərək daxili rəhbərlik və H&M komandaları üçün məlumat əsaslı tövsiyələr təqdim etmək. Satış, sell-through, endirim təsiri, stok örtüyü və stok sağlamlığı üzrə müntəzəm hesabatlar hazırlamaq. Cari və proqnozlaşdırılan müştəri tələbat trendləri barədə təşkilatı və H&M-i məlumatlandırmaq. Əsas KPI-ları izləmək: Satış vs Hədəf, Sell-through %, Stok Dövriyyəsi, Markdown %, ROI. Aylıq icra xülasələri hazırlayaraq əsas insight-lar, risklər və düzəldici tədbirlər üzrə tövsiyələr təqdim etmək. Komanda Rəhbərliyi və İnkişafı Merçendayzinq və Planlama komandasına aydın məqsədlər və məsuliyyət bölgüsü ilə rəhbərlik etmək. Davamlı kouçinq, təlim və geribildirim təmin etmək. Daxili kadr ehtiyatı formalaşdırmaq və əsas vəzifələr üçün varislik planlaması həyata keçirmək. Departamentlər və kanallar arasında əməkdaşlığı gücləndirərək müştəriyönümlü qərarverməni təşviq etmək. KPI-lar Ümumi Marja (%) Sell-Through (%) Markdown Effektivliyi (%) Stok Dövriyyəsi (ildə dövretmə sayı) Stok Təzəliyi (%) – 90 gündən az stok payı Proqnoz Dəqiqliyi (%) Kampaniya ROI (%) Məsuliyyət sahələri Məhsul və assortiment planlaması Satınalma və təchizatçı koordinasiyası Stok nəzarəti və paylanma Satış, marja və gəlirlilik idarəetməsi Proqnozlaşdırma və tələbat planlaması Komanda rəhbərliyi və inkişafı Visual Merçendayzinq, Retail, Marketinq və Maliyyə ilə çarpaz-funksional əməkdaşlıq Bazar trendlərinin və rəqiblərin monitorinqi