Satış mütəxəssisi (Daşınmaz əmlak sahəsi üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
Şirkətimiz premium seqment üzrə daşınmaz əmlakların satışını həyata keçirəcək satış mütəxəssisi axtarır. Namizəd müştərilərin ehtiyaclarını müəyyən edəcək, uyğun obyektləri təqdim edəcək və satış prosesini tam şəkildə idarə edəcək. Əsas məqsəd müştəri məmnuniyyətini təmin etmək və satış hədəflərinə nail olmaqdır.
Premium villaların və digər daşınmaz əmlak obyektlərinin təqdimatı və satışı;
Müştərilərlə güclü əlaqələrin qurulması və onların daşınmaz əmlak ehtiyaclarının müəyyən edilməsi;
Satış prosesinin tam idarə olunması (görüşlər, baxışlar, danışıqlar, müqavilə mərhələsi);
Satış sənədlərinin hazırlanması və prosedurların icrasına nəzarət;
Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmasının aparılması.
Tələblər
İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketinq və ya digər uyğun sahələr üzrə ali təhsil;
Daşınmaz əmlak satışı və ya premium müştərilərlə iş sahəsində minimum 2 il təcrübə;
Müştərilərlə etibarlı münasibət qurmaq və yüksək ünsiyyət bacarığı;
Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı;
Satış hədəfləri ilə işləmək və nəticəyönümlü olmaq.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10434
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+