Satınalmalar üzrə aparıcı mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 5 aprel 2026
Təsvir
İşlərin təsdiq olunmuş Dövlət satınalmaları haqqında qanuna,NK qərarları və digər fərmanlara uyğun icra edilməsi;
Bazarın araşdırılması, tədarükçülərlə əlaqələrin qurulması, qiymətlərin müqayisəsinin aparılması;
Satınalma prosedurlarının həyata keçirilməsi (daxili prosedurlar);
Satınalma müqavilələrinin hazırlanması;
Satınalma müqavilələrinin qanunvericiliyə və müqavilə şərtlərinə uyğun icrasına müqavilə meneceri ilə birgə nəzarət edilməsi;
Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirilməsi;
Təchizat sifarişlərinin idarə edilməsi;
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması və təhlil olunması;
Satınalmalara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması;
Fəaliyyət istiqamətinə aid hesabat və digər sənədlərdən müvafiq qaydada istifadə edilməsi.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan dili səlis, İngilis və rus dili bacarığı arzuolunandır;
MS Office proqramlarını bilmək, e-tender portalında işləmək bacarığı;
-“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu ətraflı bilmək və tətbiq etmək;
Analitik düşüncə qabilyyətinə malik olmaq;
Komanda ilə işləmə bacarığı, məsuliyyətlilik, nəticə yönümlülük və aktiv öyrənmə bacarığı.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10542
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200