Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 5 aprel 2026
Təsvir
Əsas maliyyə hesabatlarının hazırlanması üçün tələb edilən məlumatların gündəlik işlənilməsinin təmin edilməsi;
Agentliyin mal-material ehtiyatları ilə bağlı hesabatların hazırlanması;
Ay ərzində anbardan məxaric edilən mal-materiallarla bağlı aylıq silinmə aktlarının tərtib edilməsi;
Anbar qalıqlarının dövrü olaraq yoxlanılması;
Əsas vəsaitlərin uçotunun təşkili və aylıq hesablanmış amortizasiya məbləğinin yoxlanılması;
Nəqliyyat vasitələrinin təmiri, yanacaq sərfiyyatı ilə bağlı uçotun və sənədləşdirmənin aparılması;
İnventarizasiya ilə bağlı işlərin təşkili, hesabatların hazırlanması və təqdim edilməsi;
Gündəlik daxili aktlar və e-qaimələr əsasında əməliyyatların izlənilməsi və proqram təminatına əməliyyatların daxil edilməsi;
İcrasında olan işlərlə bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi üçün tədbirlərin görülməsi
Şöbəyə daxil olan məktubların və sorğuların vaxtında cavablandırılması;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Tələblər
Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Maliyyə hesabatlılığı sahəsində minimum 1-3 il iş stajı;
ACCA (FA, MA), PMS kimi sertifikatların olması üstünlükdür;
1C və MS Office proqramları, xüsusilə Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
Təşəbbüskarlıq, analitik düşünmə və problem həll etmə bacarığı;
İngilis və rus dili bilikləri üstünlük hesab olunur.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10540
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200