Satınalma üzrə mütəxəssis

Bakı

Tam Ştat

Orta Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

İş şəraiti:

  • Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi

  • Əmək haqqı: 1500 AZN

  • İş qrafiki: Tam iş günü (5 gün)

  • İş saatı: 09:00 – 18:00

  • Mobil nömrə ilə təmin olunur

  • Nahar şirkət tərəfindən təmin olunur

Vəzifə öhdəlikləri:

  • Şirkətin daxili satınalma prosedur və qaydalarına uyğun olaraq mal və  xidmətlərin satınalma prosesinin təşkili və idarə olunması

  • Qiymət təkliflərinin toplanması, müqayisəli təhlilin aparılması və ən sərfəli şərtlərin seçilməsi

  • Təchizatçılarla qiymət, endirim, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması

  • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət

  • Malların vaxtında və düzgün şəkildə anbara daxil olmasına nəzarət

  • Qaimə, hesab-faktura və digər satınalma sənədlərinin yoxlanılması

  • Anbar qalıqlarına nəzarət, çatışmazlıq və artıq mal risklərinin minimuma endirilməsi

  • Satış göstəricilərinə əsasən tələb proqnozunun hazırlanması və sifariş planlamasının aparılması

  • Satınalma üzrə günlük, həftəlik və aylıq hesabatların hazırlanması

  • Anbar, satış, maliyyə və mühasibatlıq şöbələri ilə koordinasiyalı işin təşkili

Tələblər

  • Ticarət (topdan və ya pərakəndə) sahəsində satınalma üzrə iş təcrübəsi

  • Təchizat bazarını və satış dinamikasını yaxşı anlamaq

  • Güclü analitik düşünmə və danışıqlar aparma bacarığı

  • MS Excel proqramında yaxşı səviyyədə bilik (1C proqram biliyi üstünlükdür)

  • Diqqətli, məsuliyyətli və operativ olmaq

  • Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı

  • Stressə davamlılıq

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 051-207-27-31

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8507

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə