Satınalma üzrə mütəxəssis
İş şəraiti:
Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi
Əmək haqqı: 1500 AZN
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatı: 09:00 – 18:00
Mobil nömrə ilə təmin olunur
Nahar şirkət tərəfindən təmin olunur
Vəzifə öhdəlikləri:
Şirkətin daxili satınalma prosedur və qaydalarına uyğun olaraq mal və xidmətlərin satınalma prosesinin təşkili və idarə olunması
Qiymət təkliflərinin toplanması, müqayisəli təhlilin aparılması və ən sərfəli şərtlərin seçilməsi
Təchizatçılarla qiymət, endirim, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması
Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət
Malların vaxtında və düzgün şəkildə anbara daxil olmasına nəzarət
Qaimə, hesab-faktura və digər satınalma sənədlərinin yoxlanılması
Anbar qalıqlarına nəzarət, çatışmazlıq və artıq mal risklərinin minimuma endirilməsi
Satış göstəricilərinə əsasən tələb proqnozunun hazırlanması və sifariş planlamasının aparılması
Satınalma üzrə günlük, həftəlik və aylıq hesabatların hazırlanması
Anbar, satış, maliyyə və mühasibatlıq şöbələri ilə koordinasiyalı işin təşkili