Satınalma üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 6 fevral 2026
Təsvir
UPS Construction MMC 2018-ci ildə təsis edilmiş peşəkar tikinti şirkətidir. Şirkətin əsas məqsədi müasir standartlara cavab verən, davamlı və funksional tikinti həlləri təqdim etməkdir. www.upsconstruction.az
Vəzifə öhdəlikləri:
Istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
Şirkətin mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
Struktur daxili müfaviq hesabatların hazırlanması.
Tələblər
Maliyyə / İqtisadiyyat / Tikinti iqtisadiyyatı / Mühəndislik üzrə ali təhsil
Müvafiq sahədə 2 illik təcrübə;
Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
Komandada işləməyi bacarmalı;
Analitik düşüncə qabiliyyəti;
Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
Danışıqların aparılması sahəsində bacarıqlar.
Bilik və bacarıqlar:
Təchizat və subpodrat müqavilələri ilə işləmə təcrübəsi;
BOQ, ERP sistemləri (1C, SAP, Oracle və s.) – üstünlükdür;
MS Excel – yüksək səviyyə.
Şəxsi keyfiyyətlər:
Analitik düşüncə, detallara yüksək diqqət BOQ, BOQ;
Prinsipial və məsuliyyətli yanaşma;
Təzyiq altında qərarvermə, vaxtında xəbərdarlıq etmə bacarığı;
Rəhbərliklə aydın və dürüst kommunikasiya.
Dil bilikləri:
Azərbaycan dili – əla
Rus dili – üstünlükdür
İngilis dili – üstünlükdür
Kompüter bilikləri:
MS Excel – Advanced
MS Office – yaxşı
ERP/1C – üstünlükdür
İş şəraiti:
Bazar ertəsi- Cümə 09:00 – 18:00
İş yeri: Chinar Park Business Centre
Uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərdən keçiriləcəkdir.
Müraciət qaydası:
CV-nizi göstərilən elektron poçt ünvanına göndərin. CV göndərərkən mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd edilsin.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
UPS Construction
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4614
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə