“UPS Construction” MMC Layihə rəhbəri vakansiyasını elan edir:
Əmək haqqı: 4000-5000 AZN.
Vəzifə öhdəlikləri:
Layihələr üzrə son tarixləri müəyyən etmək, vəzifə bölgüsünü düzgün aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək;
İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək
Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
Tikinti layihələrinin bütün mərhələlərində (planlaşdırma, icra və yekun) rəhbərlik edərək işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək;
Gündəlik tikinti prosesini idarə etmək, mühəndis və texniki heyət arasında koordinasiyanı təmin etmək;
Layihə üçün tələb olunan icazə və sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təşkil etmək;
İş qrafikini və resurs planlamasını hazırlamaq, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasını təşkil etmək;
Təchizat prosesinə nəzarət etmək, material və avadanlıqların layihə tələblərinə uyğun istifadəsini təmin etmək;
Layihə üzrə hesabatların (Forma-2 və s.) hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;
İşçilərin fəaliyyətini təşkil etmək, əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.