Maliyyə Nəzarət üzrə Menecer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 6 fevral 2026
Təsvir
Vəzifə layihələr üzrə smeta və büdcə nəzarəti, təchizat alışlarının plan/BOQ-a uyğunluğu, xərclərin qrafikə əsasən izlənilməsi və rəhbərliyə maliyyə risklərinin vaxtında bildirilməsini əhatə edir.
UPS Construction MMC 2018-ci ildə təsis edilmiş peşəkar tikinti şirkətidir. Şirkətin əsas məqsədi müasir standartlara cavab verən, davamlı və funksional tikinti həlləri təqdim etməkdir. www.upsconstruction.az
Vəzifə öhdəlikləri:
Texniki ofis tərəfindən hazırlanan tender və icra smetalarının maliyyə baxımından yoxlanılması
Layihələr üzrə təsdiqlənmiş büdcələrin (Approved Budget) formalaşdırılması və nəzarəti
Planlanan smeta ilə faktiki xərclərin müqayisəli analizi (Budget vs Actual)
Təchizat və alışların təsdiqlənmiş BOQ və smetaya uyğunluğuna nəzarət
Material və xidmət alışlarının qiymət, həcm və texniki spesifikasiyalara uyğunluğunun yoxlanılması
Plan xarici və təcili alışlar üzrə maliyyə əsaslandırmalarının hazırlanması və approval prosesinə təqdim edilməsi
Layihə icra qrafiklərinə uyğun olaraq xərclərin maliyyə baxımından izlənilməsi
Qrafikdən kənarlaşmaların cash-flow və büdcəyə təsirinin analiz edilməsi, risklərin əvvəlcədən bildirilməsi
Təchizatçı və subpodratçı müqavilələrinin smetaya uyğunluğunun yoxlanılması
Fakturaların real icra həcmləri əsasında yoxlanılması və təsdiqə təqdim edilməsi
Ödənişlərin layihə cash-flow planına uyğunluğuna nəzarət
Layihələr üzrə həftəlik/aylıq maliyyə hesabatlarının hazırlanması (büdcə aşımı, risklər, öhdəliklər və s.)
Qeyd: İcra prosesinin idarə olunması bu vəzifəyə daxil deyil; nəzarət maliyyə və risk prizmasındandır.
Tələblər
Təhsil:
Maliyyə / İqtisadiyyat / Tikinti iqtisadiyyatı / Mühəndislik üzrə ali təhsil
İş təcrübəsi:
Tikinti və ya layihə əsaslı mühitdə minimum 4–6 il maliyyə nəzarəti (cost control) təcrübəsi
Bilik və bacarıqlar:
Smeta, BOQ, unit rate, cost control, variation order anlayışları
Təchizat və subpodrat müqavilələri ilə işləmə təcrübəsi
MS Excel – yüksək səviyyə (formullar, pivot, analiz)
ERP sistemləri (1C, SAP, Oracle və s.) – üstünlükdür
MAR, MOS, material approval, shop drawing proseslərini bilməsi – üstünlükdür
Şəxsi keyfiyyətlər:
Analitik düşüncə, detallara yüksək diqqət
Prinsipial və məsuliyyətli yanaşma
Təzyiq altında qərarvermə, vaxtında xəbərdarlıq etmə bacarığı
Rəhbərliklə aydın və dürüst kommunikasiya
Dil bilikləri:
Azərbaycan dili – əla
Rus dili – üstünlükdür
İngilis dili – üstünlükdür
Kompüter bilikləri:
MS Excel – Advanced
MS Office – yaxşı
ERP/1C – üstünlükdür
İş şəraiti:
Bazar ertəsi- Cümə 09:00 – 18:00
İş yeri: Chinar Park Business Centre
Uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərdən keçiriləcəkdir.
Müraciət qaydası:
CV-nizi göstərilən elektron poçt ünvanına göndərin. CV göndərərkən mövzu hissəsində **“Maliyyə Nəzarət üzrə Menecer”**qeyd edilsin.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
UPS Construction
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4613
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə