Satınalma şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
**“Satınalma şöbəsinin müdiri”**vakansiyası üzrə işçi axtarışı elan edilir!
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
Satınalma şöbəsinin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
Satınalma planı üzrə işlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
Satınalma strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
Rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim edilməsi;
İddiaçılarla yazışmaların və protokollaşdırılmış görüşlərin aparılması;
Şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə hüquqi və fiziki şəxslərdən daxil olmuş məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılması, araşdırılması, cavablandırılması və göndərilməsi işinə rəhbərlik etmək;
Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək.
Tələblər
Ali təhsil (iqtisadiyyat, inzibati idarəetmə, biznesin idarə edilməsi və s.);
Dövlət satınalmaları üzrə iş təcrübəsinin olması vacibdir;
Dövlət satınalmaları haqqında qanun və əlaqədar sənədlərlə işləmək bacarığı;
Azərbaycan və ingilis dili biliyi / rus dili biliyi arzu olunandır;
Müvafiq sahədə ən az 5 il iş təcrübəsi;
MS office proqramlarında (xüsusən Excel) yaxşı səviyyədə işləmək bacarığı;
Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması.
İşrejimi:
5 günlük iş qrafiki
İş saatı 09:00-18:00-dək
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində Satınalma şöbəsinin müdiri*”** yazaraq qeyd edilən elektron poçt ünvanına göndərin. Ən önəmli və vacib şərt namizədin Dövlət satınalmaları üzrə iş təcrübəsinin olmasıdır.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!
Necə Müraciət Etmək Olar
Aqrar Tədarük və Təchizat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8506
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə