Strateji planlama və biznes proseslərinin idarə olunması şöbəsinin müdiri / baş mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
Şirkətin strateji inkişaf planlarının hazırlanması, icrası və monitorinqi;
Müvafiq sahələrdə bazar tendensiyalarını, imkanları və riskləri müəyyən etmək üçün bazar araşdırması və strateji təhlillərin aparılması;
Strateji layihələr üçün maliyyə modellərinin hazırlanması, ilkin maliyyə təhlillərinin aparılması və modelləşdirilməsi;
Biznes proseslərinin təhlili, optimallaşdırılması və səmərəliliyinin artırılması;
Daxili proseslərin standartlaşdırılması və təkmilləşdirilməsi;
Funksional səviyyəli strategiyaların hazırlanması və həyata keçirilmə prosesində iştirak ;
Strateji layihələrin idarə olunması və nəticələrinin qiymətləndirilməsi;
İdarə heyətinə hesabatların təqdim olunması.
Tələblər
Ali təhsil (iqtisadiyyat, idarəetmə, biznesin təşkili və s. üzrə);
Strateji planlama və ya biznes proseslərinin idarə olunması sahəsində ən azı 3-5 il iş təcrübəsi (şöbə rəhbəri üçün – 5 il və yuxarı)
Layihələrin idarə olunması üzrə biliklər (PMP, Financial Modelling, Valuation Analyst üstünlükdür);
MS Office və biznes analitik proqramlarında sərbəst işləmək bacarığı;
Strategiyanın hazırlanması və həyata keçirilməsi sahəsində nəzəri və praktiki biliklər;
Biznes proseslərinin idarə edilməsi və optimallaşdırılması;
Büdcələşdirmə, xərclərin analizi və səmərəlilik göstəricilərinin hesablanması;
Layihələrin maliyyə qiymətləndirilməsi;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Güclü ünsiyyət və komanda idarəetmə bacarığı.
İşrejimi:
5 günlük iş qrafiki
İş saatı 09:00-18:00-dək
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Qeyd**:** CV-lərinizi mövzu hissəsində Strateji planlama və biznes proseslərinin idarə olunması şöbəsinin müdiri / baş mütəxəssisi*”**yazaraq qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!
Necə Müraciət Etmək Olar
Aqrar Tədarük və Təchizat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9155
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə