Sahə rəisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 20 mart 2026

Təsvir

  • İstehsalat  tapşırıqlarının yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir

  • İstehsalat sahəsinə nəzarət

  • İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır.

  • İstehsalatın fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir,

  • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və  yanğından mühafizənin qayda və normalarına  riayət olunmasına nəzarət edir.

  • Avadanlıqların düzgün istifadəsinə, əməyin təhlükəsizliyinə nəzarət etmək və işçilərə təlimatlar vermək

  • stehsal prosesinin müəyyən növbə üzrə düzgün təşkili və nəzarətinin həyata keçirilməsi.

  • İstehsalat sahəsində növbə zamanı personalın işini əlaqələndirmək və istehsal planına uyğun icranı təmin etmək.

  • İşçilər arasında tapşırıqların düzgün bölüşdürülməsi və yerinə yetirilməsinə nəzarət.

  • İstehsal olunan məhsulun keyfiyyətinin müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması.

  • İstehsal avadanlıqlarının fasiləsiz və səmərəli işləməsini təmin etmək üçün texniki qulluq və profilaktik təmirin planlaşdırılması və həyata keçirilməsi.

  • İstehsalat zamanı yaranan texniki və təşkilati problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ şəkildə aradan qaldırılması.

  • İstehsal göstəricilərinin izlənilməsi və hesabatların hazırlanması.

Tələblər

  • Təhsili: Müvafiq sahə üzrə ali ixtisas təhsili

  • Təcrübə: Müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı

  • İstehsalat sanitariyası və yanğından  mühafizə qayda və normalarını bilməlidir

  • İstehsalat prosesləri və texnologiyaları haqqında biliklər;

  • Komanda idarəetmə bacarığı və liderlik keyfiyyətləri;

  • Problemlərin həllində çevik və analitik yanaşma;

  • Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq.

İş şəraiti:

  • 6 günlük iş qrafiki (6-cı gün qısa iş günü)

  • İstirahət günü: Bazar günü

  • Qeyd:Xırdalan və Masazır ərazisi istiqamətində yaşayanlara üstünlük veriləcəkdir.

Biz nə təklif edirik;

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)

  • Bonus sistemi

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.

  • Dinamik və gənc komanda ilə iş imkanı.

  • Servislə təmin olunur.

  • Nahar şirkət tərəfindən verilir.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9342

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya