Sağımxana nəzarətçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 20 mart 2026
Təsvir
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Tələblər
Ali təhsilli olmalı.
Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı.
İş haqqında məlumat:
Sağıma ilkin hazırlıq işlərinə nəzarət etmək.
Sağımı başlatmaq üçün heyvanların qruplar halında sağımxanaya daxil olmasına nəzarət etmək.
Heyvanların sağıma düzgün daxil olmasına, dərmanlanıb tam sağılmasına və sağımxanadan çıxmasına nəzarət etmək.
Sağım zamanı xəstə heyvan aşkar etdikdə qrupdan ayırmaq.
Sağım prossesinin düzgün getməsinə nəzarət etmək.
Sağım bitdikdən sonra Sağımxananın düzgün yuyulmasına (ümumi təmizliyə) nəzarət etmək.
Müəyyən edilmiş vaxtda qrafikə uyğun satışa hazır olan südü çənlərdən tankerə vurmaq.
İş Yeri: Kürdəmir rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan linkə daxil olub müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ Sağımxana nəzarətçisi (Kürdəmir) ” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9392
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+