RPA Proqramçı
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 16 mart 2026
Təsvir
"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda "RPA Proqramçı" vakansiyasını elan edir.
İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
UiPath Studio istifadə edərək RPA proseslərinin hazırlanması və inkişafı
Mövcud botların dəstəklənməsi və optimizasiyası
Biznes proseslərinin analiz edilməsi və avtomatlaşdırmaya uyğunlaşdırılması
UiPath Orchestrator ilə robotların, queue-ların və asset-lərin idarə olunması
Exception handling və loglama mexanizmlərinin tətbiqi
Texniki sənədlərin hazırlanması (PDD, SDD)
Tələblər
UiPath Studio / StudioX ilə minimum 1 il praktiki təcrübə
REFramework ilə işləmə bacarığı
Selectors və dynamic selectors bilikləri
Excel, CSV, PDF və Email avtomatlaşdırması
Web və Desktop tətbiqlərlə işləmə
REST API inteqrasiyası (JSON, XML)
Proqramlaşdırma bilikləri
Regex ilə işləmə bacarığı
SQL əsas bilikləri
UiPath Orchestrator Cloud / On-Prem təcrübəsi (üstünlükdür)
Git və ya digər version control sistemləri (üstünlükdür)
UiPath Academy sertifikatları (üstünlükdür)
Şəxsi keyfiyyətlər:
Problemlərin həll olunmasında kreativ yanaşma.
Komandada işləmək bacarığı.
Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
Təlim və sertifikat proqramlarına dəstək.
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “RPA Proqramçı” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya Müraciət etdüyməsində qeyd olunan linkə daxil olub sayta göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9000
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor