Mobil Proqramçı

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 16 fevral 2026

Son Tarix: 16 mart 2026

Təsvir

"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda "Mobil Proqramçı" vakansiyasını elan edir.

İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Yeni tətbiqlərin hazırlanması və mövcud mobil tətbiqlərin dəstəklənməsi.

  • Backend sistemlərlə API inteqrasiyasının təmin edilməsi.

  • Tətbiqlərin performansının optimallaşdırılması və təhlükəsizliyinin artırılması.

  • Tətbiqlərin ilkin testlərinin edilməsi və problemlərin aradan qaldırılması.

  • App Store və Google Play-də tətbiqlərin yerləşdirilməsi və yenilənməsi.

Tələblər

  • Minimum 2+ illik mobil proqramlaşdırma təcrübəsi.

  • Flutter vasitəsilə cross-platform tətbiqetmələr hazırlama bacarığı.

  • React Native ilə mobil tətbiqlərin yaradılması təcrübəsi.

  • Dart, JavaScript/TypeScript bilikləri.

  • RESTful API-lər və ya GraphQL ilə inteqrasiya bacarığı.

  • Versiya nəzarəti üçün Git təcrübəsi.

  • Android və iOS platformaları üçün tətbiqlərin yerləşdirilməsi və dəstəklənməsi.

  • Problemlərin araşdırılması və həll yollarının tapılmas.

  • UI/UX prinsiplərinə uyğun dizaynlarla işləmək təcrübəsi.

  • CI/CD alətləri ilə təcrübəsi üstünlükdür

  • Native mobil tətbiq inkişafı üzrə (Java, Swift) bilikləri üstünlükdür.

  • Mobil tətbiqlərdə push bildirişlər, in-app purchase və analitika alətləri ilə təcrübə üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma.

  • Komandada işləmək bacarığı.

  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.

  • Təlim və sertifikat proqramlarına dəstək.

  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

  • Nahar ilə təmin edilmə.

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Mobil Proqramçı” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya qeyd olunan linkə daxil olub sayta göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Veysəloğlu MMC

Veysəloğlu MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8999

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Bu Şirkətdən Daha Çox Vakansiya

İdxal-ixrac Əməliyyatları üzrə Kiçik Mütəxəssis - Deklarant

Tam Ştat

"Veysəloğlu" MMC Maliyyə Direktorluğunda, " İdxal-ixrac Əməliyyatları üzrə Kiçik Mütəxəssis - Deklarant" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz: İş şəraiti İş yeri: Bakı şəhəri İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək Vəzifə öhdəlikləri: Şirkətlər üzrə öncəki günün rəsmi, qeyri-rəsmi xırda məsrəflər və gömrük kartı vasitəsilə aparılan ödənişlərinin qeyd olunduğu təhtəl hesabatlarını hazırlamaq; Sənədlərin müvafiq şirkət mühasibatlığına təqdim edilməsini təmin etmək; Hər bir müəssisə və struktur üzrə öncəki günün qalıq vəsaitinin şirkətin kassasına təhvil verilməsi və həmin gün üçün müvafiq maliyyə strukturu tərəfindən hesablanılan vəsaitin kassadan məxaric olunmasını təmin etmək; Dəmiryol idarəsində hər gün vaqonlar üzrə sənədləri (invoys, mənşə sertifikatı, eksport, packing list və s.) qəbul edərək müvafiq prosesləri icra etmək; Yüklər üzərində gələn CMR-lərin əslini bəyannamələrə tikmək, yüklərin yerində baxılması üçün bəyannamələri müvafiq struktura təqdim etmək və terminal üzrə (qaraj, dispetçer, həkim, növbətçi, əlavə gün) xərclərinin ödənilməsini, hər bəyannaməyə uyğun yüklərin yoxlanılması və maşınların möhürlənməsini təmin etmək və müvafiq yüklərin aidiyyatı strukturlara göstərilməsini təmin etmək; Gömrükdə qalan yüklərin səbəblərini araşdırmaq və aidiyyatı strukturlara məlumat vermək. Qısa İdxal Bəyannaməsini tərtib etmək; İdxal Gömrük Bəyannaməsinin hazırlanması; İxrac Gömrük Bəyannaməsinin hazırlanması;