Rəqəmsal səriştələrin inkişafı üzrə layihə meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 26 mart 2026
Təsvir
Təhsil layihələrin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək;
Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək;
Təhsil layihələrin icrası zamanı tərəfdaş qurumlarla işgüzar əlaqələrin qurulmasına və saxlanılmasına dəstək göstərmək, zəruri hallarda iclaslarda iştirak etmək;
Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək;
Layihə çərçivəsində tələbələrin seçim, müsahibə və imtahan mərhələlərinin təşkilinə nəzarət etmək;
Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək;
Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək;
Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək;
Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Tələblər
Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə);
Müvafiq sahədə 1–3 il iş təcrübəsi;
Layihə idarəetməsi üzrə beynəlxalq və ya yerli sertifikatlara malik olmaq üstünlükdür;
MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yaxşı səviyyədə bilmək;
Azərbaycan dilində səlis yazı və şifahi bacarıqlar; İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək (arzuolunandır);
Komanda ilə işləmə bacarığı;
Effektiv kommunikasiya bacarığı;
Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9631
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
51-200