Rəqəmsal məhsullara dəstək şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 21 mart 2026
Təsvir
- Tabeliyində olan işçilərin iş yerlərinin vəzifələrinə uyğun təşkil və təmin olunmasına nəzarət edilməsi;
- Mütamadi təkrarlanan problemlər üçün standart həll yollarının (“knowledge article”) yaradılmasının, FAQ və “runbook"ları yenilənməsinin, şöbədə biliyin paylaşılmasının təmin edilməsi;
- Rəqəmsal məhsullar (mygov, Digital Login və sair) üzrə istifadəçilərdən qəbul edilən və L2 səviyəsinə göndərilən müraciətlərin ilkin təsnifatının aparılması və prioritet səviyyəsinə görə bölgüsünün təşkil edilməsi;
- Daxili və internet şəbəkəsində İT texniki dəstək işlərinə nəzarət edilməsi;
- Şöbənin iş fəaliyyətinin təşkili və nəzarətin planlanması, digər şöbələrlə iş fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi;
- Göstərilən dəstək və insident həll müddətlərini SLA göstəricilərinə uyğun olaraq izlənməsi, gecikmə və kənarlaşmaların aşkar edilməsi və onların aradan qaldırılması məqsədilə vaxtında müdaxilə edilməsi;
- Əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edilməsi, qiymətləndirmələrinin aparılması;
- Komanda performansını ölçmək məqsədilə orta insident həll vaxtı (MTTR), sistemin orta nasazlıq müddəti (MTTF) və sistemin orta nasazlıqlararası müddəti (MTBF) kimi göstəricilərin toplanması və təhlil edilməsi;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər strukturlarından zəruri məlumat və sənədlərinin alınması;
- Yaranan insidentlərin İnformasiya təhlükəsizliyi departamenti ilə birgə təhlükəsizlik aspektlərinin yoxlanılması, zəruri hallarda log araşdırmaların aparılması və riskli vəziyyətlərin aradan qaldırılmasının təmin ediməsi;
- İT texniki dəstəyin göstərilməsi üçün müvafiq avadanlıqların, proqram təminatların qurulmasının və fəaliyyətinin təşkil edilməsi;
- Şöbəyə aid prosedur və qaydaların hazırlanmasının təşkili, onların yerinə yetirilməsinə və inkişafına, davamlılığlının icrasına nəzarət edilməsi;
- İT aktivlərin idarə olunması işinin təşkil edilməsi;
- Şöbənin maddi-texniki ləvazimatlarına dair tələblərin müəyyən edilməsi;
- Rəhbərliyin tapşırığına əsasən fəaliyyəti üzrə arayışlar, hesabatlar, məlumatlar hazırlanması və araşdırmaların, yoxlamaların aparılması;
- Vəzifəsi üzrə departament müdiri tərəfindən verilmiş yazılı və şifahi tapşırıqları yerinə yetirilməsi;
- Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını;
- Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyini və anonimliyinin qorunması;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi;
Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyət planını və digər bu kimi sənədlərin hazırlanmasını və nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə icra edilməsinin təmin edilməsi.
Tələblər
- ali təhsil (magistr təhsili arzuolunandır);
- minimum 7 il iş stajı;
- kompüter,ƏS, şəbəkə;
- İTSM;
İngilis B2;
ITIL v4 çərçivəsi və prinsipləri üzrə səriştəlilik
ITIL proseslərinin başa düşülməsi: Hadisələrin idarə edilməsi, Problemlərin idarə edilməsi, Dəyişikliklərin idarə edilməsi, Biliklərin idarə edilməsi, Xidmət Səviyyəsinin idarə edilməsi
İT Yardım Masası, L2 Dəstək və ya İT Xidmətlərinin İdarə Edilməsi sahəsində minimum 3 illik təcrübə
Genişmiqyaslı (500+ istifadəçi) infrastruktur mühitlərində dəstək qruplarının idarə edilməsində təcrübə.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9310
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200