Rəqəmsal Marketinq Mütəxəssisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 18 aprel 2026
Təsvir
Şirkətin rəqəmsal marketinq strategiyalarının hazırlanması və icrası;
Veb-sayt, mobil tətbiq və sosial media platformalarında kampaniyaların idarə edilməsi;
Rəqəmsal reklam kampaniyalarının planlanması və optimallaşdırılması;
SEO və SEM fəaliyyətlərinin həyata keçirilməsi;
Kampaniya performans göstəricilərinin (KPI) izlənməsi və hesabatların hazırlanması;
Veb-sayt analitikası və nəticələrin təhlili;
Rəqəmsal agentliklər və xarici tərəfdaşlarla əməkdaşlıq;
Bazar və rəqib analizlərinin aparılması;
Brend standartlarına uyğun rəqəmsal kommunikasiya təmin edilməsi;
Satış və digər daxili komandalarla koordinasiyada işləmək;
Rəhbərliyə analitik hesabatlar və təkliflərin təqdim edilməsi;
Marketinq materiallarının hazırlanmasına dəstək göstərilməsi;
AZAL Miles loyallıq proqramı, Ancillary xidmət satışları üzrə Məhsul Marketinqinin aparılması üzrə daxili; komandalar (stakeholders), dizayn agentlikləri, rəqəmsal agentliklər, üçüncü tərəf təchizatçılar və aviaşirkət müştəriləri ilə əlaqələri inkişaf etdirmək.
Tələblər
Minimum 2 il rəqəmsal marketinq sahəsində iş təcrübəsi;
Bakalavr təhsili (Marketinq, Biznes, İqtisadiyyat və ya əlaqəli sahələr);
Azərbaycan dili sərbəst səviyyədə;
İngilis dili yaxşı səviyyədə (rus dili üstünlükdür);
MS Word, Excel və PowerPoint bilikləri;
SEO/SEM və rəqəmsal reklam platformaları üzrə biliklər üstünlükdür;
Google Analytics, Yandex Metrica, SEO alətləri, Google Ads və sosial media reklam platformalarını (Meta, Tiktok. Linkedin, X, VK, Snapchat) idarə etmək bacarığı;
Güclü kommunikasiya bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Problem həll etmə bacarığı;
Təqdimat bacarığı;
Komandada işləmə bacarığı;
Öyrənmə çevikliyi və dəyişikliklərə adaptasiya.
İş qrafiki: 5 günlük;
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13571
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+