Ana Səhifə
Vakansiyalar

Uçuşlara nəzarət mərkəzinin xarici aeroportlarda yerüstü xidmət üzrə mütəxəssis

Uçuşlara nəzarət mərkəzinin xarici aeroportlarda yerüstü xidmət üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 18 aprel 2026

Təsvir

  • Uçuş gecikmələrinin IATA standartlarına uyğun qeydiyyatının aparılması və aidiyyəti tərəflərin məlumatlandırılması

  • Uçuşların real vaxt gəliş və çıxış məlumatlarının sistemə düzgün daxil edilməsi

  • Hava gəmisinə aid sərnişin, baqaj, yük, yanacaq doldurma və digər yerüstü xidmətlərin təhlükəsiz və səmərəli icrasına nəzarət

  • Yerüstü xidmətlərin əməkdaşlar, nümayəndələr və tərəfdaş şirkətlər vasitəsilə icrasının izlənməsi

  • Daxili və xarici stansiyalar arasında koordinasiyanın təmin edilməsi

  • Təyyarə, sərnişin, baqaj və yük əməliyyatlarının effektiv idarə olunmasına nəzarət

  • Əməliyyatların fasiləsiz və düzgün təşkilinə dəstək göstərilməsi

Tələblər

  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi

  • Bakalavr təhsili

  • Azərbaycan dili – yüksək səviyyədə

  • İngilis dili – yüksək səviyyədə

  • Rus dili – orta səviyyədə

  • MS Word, Excel və Outlook proqramlarında işləmə bacarığı

  • Güclü yazılı və şifahi kommunikasiya bacarıqları

  • Danışıqlar aparmaq bacarığı

  • Qərar vermə bacarığı

  • Problemləri operativ həll etmə qabiliyyəti

  • Təqdimat bacarıqları

  • Komandada işləmə bacarığı

  • Öyrənmə çevikliyi və dəyişikliklərə uyğunlaşma

İş qrafiki:

  • Növbəli.

İş yeri:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13573

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya