Rəqəmsal inkişafın idarə edilməsi sahəsi üzrə könüllü
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 18 fevral 2026
Təsvir
Elektron hökumət və rəqəmsallaşma sahəsi üzrə beynəlxalq təcrübənin araşdırılmasında dəstək;
Tapşırıqların qeydə alınması, icra statuslarının izlənilməsi və icraçılara məlumat verilməsində dəstək;
Hesabatların hazırlanması və onların strukturlaşdırılmasında iştirak;
Təqdimatların hazırlanması, məzmunun formalaşdırılması və vizual baxımdan təkmilləşdirilməsində iştirak;
Hazırlanmış sənədlərin (məktublar, hesabatlar və təqdimatlar) məzmun, format, leksik və qrammatik baxımdan yoxlanılması və düzəlişlərin edilməsində iştirak;
Aidiyyəti struktur bölmənin tapşırıqlarının əlaqələndirilməsi, habelə digər qurumlarla koordinasiyalı fəaliyyətin təşkilində iştirak;
Struktur bölmənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlardan irəli gələn digər tapşırıqların icrasında dəstək.
Tələblər
İnformasiya texnologiyaları, Hüquq və ya oxşar sahələr üzrə ali təhsil (məzun və ya təhsili davam edən);
Microsoft Office (Word, Excel, PowerPoint, Teams, Outlook) proqramları ilə işləmə bacarığı;
"Jira" və "Confluence" kimi alətlərlə işləmə bacarığı (arzuolunandır);
Normativ hüquqi aktların araşdırılması və təhlili bacarığı;
Müvafiq sahələr üzrə beynəlxalq təcrübənin araşdırılması üçün onlayn araşdırma və təhlil bacarıqları (bu baxımdan əlavə ingilis və ya rus dillərinin olması arzuolunandır);
Analitik və kommunikasiya bacarıqları;
İşə məsuliyyətli yanaşma və punktuallıq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4462
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə