Dövlət xidmətlərinin dizaynı və təkmilləşdirilməsi üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 12 yanvar 2026
Təsvir
Dövlət xidmətlərinin cari proseslərinin təhlili və sənədləşdirilməsi;
Xidmət proseslərinin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflərin verilməsi və strukturlaşdırılması;
Xidmət proseslərinin BPMN (Business Process Model and Notation) standartına uyğun modelləşdirilməsi;
Müvafiq xidmətlərin göstərilməsində istifadə olunan informasiya sistemlərinin əsas iş prinsiplərinin öyrənilməsi;
Optimallaşdırma və avtomatlaşdırma imkanlarının araşdırılması;
Rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsi zamanı digər dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya;
Texniki məlumatları qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;
Müxtəlif xidmətlər üzrə funksional tələblərin və istifadəçi ssenarilərinin hazırlanması;
Rəhbərliyin tapşırıqlarına uyğun olaraq araşdırmaların aparılması və nəticələrin təqdim edilməsi;
Komanda daxili metodoloji dəstəyin göstərilməsi və bilik ötürülməsi.
Tələblər
Analitik və tənqidi düşüncə qabiliyyəti, problem həll etmə bacarığı;
Biznes analitika və proses modelləşdirmə vasitələri (BPMN, UML və s.) üzrə təcrübə;
Rəqəmsal transformasiyaya uyğun “As-is”, “To-Be” modellərini, proses xəritələrini və istifadəçi axınlarının hazırlanması;
FRD/BRD, SRS kimi sənədlərin hazırlanması;
Texniki biliklər: proqram təminatı arxitekturası, verilənlər bazası , API dizaynı və inteqrasiyası, UI/UX prinsipləri haqqında biliklərin olması;
Jira, Confluence, Figma və ya analoji alətlərin istifadəsi;
Azərbaycan dili (əla səviyyədə), İngilis dili (yaxşı səviyyədə).
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#1209
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə