Quyu-tamponaj Sementi və Satışı üzrə Mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər
Satışın idarə olunması, neft-qaz sənayesi, quyuların istismarı, quyuların sementlənməsi və əlaqədar sahədə ali təhsil
Neft-qaz sənayesi, quyuların istismarı, tikinti materiallarının istehsalı prosesi üzrə biliklər
Sənaye standartlarına dair əsas biliklər
Bazar monitorinqi aparmaq bacarığı
Müvafiq sahədə 3-5 il təcrübə
Əla səviyyədə İngilis dili biliyi
Güclü kommuniasiya və təqdimat bacarığı
MS Office proqramları üzrə bacarıqlar
B1, B kateqoriyalarında sürücülük vəsiqəsi
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Müştərilərə şirkətin məhsul və xidmətlərini effektiv şəkildə təqdim etmək məqsədilə texniki və kommersiya yönümlü təqdimatların hazırlanması və keçirilməsi;
Yerli və beynəlxalq bazarın sistemli monitorinqinin aparılması, potensial müştərilərin müəyyənləşdirilməsi və onların Norm məhsulları üzrə ehtiyaclarının dərin təhlili;
Müştərilərlə müqavilə danışıqlarında aktiv iştirak etmək, müqavilə və digər kommersiya sənədlərinin hazırlanması və razılaşdırılması prosesini koordinasiya etmək;
Müştərilərlə ödəniş şərtləri və kredit xətti prosedurlarının idarə olunması, risklərin qiymətləndirilməsi və rəhbərliyə əsaslandırılmış təkliflərin təqdim edilməsi;
Quyu-tamponaj sementi üzrə bazar araşdırmalarının aparılması, nəticələrin təhlili və rəhbərlik üçün analitik hesabatların hazırlanması;
Müştərilərin məhsul keyfiyyəti ilə bağlı texniki dəstək ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin kök səbəb analizinin aparılması və həll yollarının təşəbbüsü;
Bazarın davamlı təhlili əsasında yeni biznes imkanlarının araşdırılması, kommersiya planlarının hazırlanması və icrasına nəzarət;
Müştəri tələblərinin düzgün anlaşılması və optimal həllərin təqdim edilməsi məqsədilə satış, marketinq, logistika və texniki komandalar arasında koordinasiyanın təmin edilməsi;
Satış prosesinin bütün mərhələlərinə nəzarət (təklif, danışıqlar, sifariş, qiymət razılaşması, çatdırılma və post-satış dəstəyi) və müştəri münasibətlərinin davamlı idarə olunması;
Hədəf müştərilər üzrə satış və marketinq strategiyalarının formalaşdırılması üçün bazar məlumatlarının və müştəri rəylərinin təhlili;
Proseslərin təkmilləşdirilməsi üçün inkişaf sahələrinin müəyyən edilməsi, risk və problemlərin qiymətləndirilməsi və rəhbərliyə strukturlaşdırılmış təkliflərin təqdim olunması;
Satış hədəflərinin planlaşdırılması, icrasına nəzarət və müəyyən edilmiş kvotalara nail olunmasının təmin edilməsi;
Müştəri ehtiyaclarının məhsulun gələcək inkişafı üçün müvafiq şöbələrə sistemli və əsaslandırılmış şəkildə çatdırılması;
Kompleks və uzunmüddətli satış dövrlərində strateji planların hazırlanması və satış komandası ilə birgə icrası;
TMS Pro sistemində quyu-tamponaj sementi üzrə bütün müraciət və şikayətlərin qeydiyyatına nəzarət və məlumatların düzgünlüyünün təmin edilməsi;
Təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat meyarları üzrə ətraflı təhlili və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğun təmin edilməsi, audit proseslərinə hazırlıq və iştirak;
Fövqəladə hallarda təhlükəsizlik prosedurlarına və təxliyyə planına uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9683
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə