Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

Departament: Marketinq departamenti

Birbaşa tabe olur: Marketinq departamentinin rəhbəri

**Məşğulluq vəziyyəti:**Tam iş vaxtı

Əsas Öhdəliklər:

  • Sosial media, reklam kampaniyaları, mağazalar və tədbirlər üçün bütün rəqəmsal və çap vizual materiallarının hazırlanması və idarə edilməsi

  • Dizayn briflərinə əsasən kreativ konseptlərin formalaşdırılması və kampaniyalar üzrə vahid vizual istiqamətin təmin edilməsi

  • Qlobal brand-guidelines və brand-book əsasında brend kimliyinin qorunması, lokal marketinq materiallarına uyğunlaşdırılması və zərurət olduqda yenilənməsi

  • Broşura, flayer, poster, banner və digər marketinq materiallarının dizaynı və istehsala hazır faylların hazırlanması

  • Sosial media kontentinin dizaynı, yenilənməsi və vizual ardıcıllığın təmin edilməsi

  • Marketinq komandası və menecerlərə gündəlik dizayn işlərində operativ və yaradıcı dəstəyin göstərilməsi

  • Dizayn prosesindən əvvəl konsept ideyasının hazırlanması və layihənin vizual istiqamətinin müəyyənləşdirilməsi

  • Komanda ilə beyin fırtınalarında iştirak edərək yaradıcı ideyaların irəli sürülməsi və tətbiqi

  • Texniki tələblərə uyğun yüksək keyfiyyətli qrafik materialların hazırlanması

  • Lüks, fashion və idman brendləri üzrə dizayn trendlərinin izlənilməsi və tətbiqi

  • Yeni texnologiyaların (o cümlədən süni intellekt alətləri) öyrənilməsi və iş prosesinə inteqrasiyası

  • Qrafik dizayn və vizual kommunikasiya sahəsində bilik və bacarıqların davamlı inkişaf etdirilməsi

Tələblər

Tələblər və bacarıqlar:

  • Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi

  • Adobe Photoshop, Illustrator və InDesign proqramlarını yüksək səviyyədə bilmək

  • Sosial media vizualları, rəqəmsal bannerlər və çap materiallarının hazırlanması üzrə təcrübə

  • Brendinq, kompozisiya, tipoqrafiya və rəng nəzəriyyəsi üzrə yaxşı biliklər

  • Çap istehsalı üçün faylların hazırlanması bacarığı

  • Əsas motion dizayn/video montaj bacarıqları (After Effects, Premiere Pro) üstünlükdür

  • Kreativ düşüncə və detallara diqqətlilik

  • Dinamik iş mühitində işləmək və deadline-lara riayət etmək bacarığı

  • Komandada işləmək və kommunikasiya bacarıqları

  • Azərbaycan və rus dili bilikləri arzuolunandır; ingilis dili üstünlükdür

  • Retail, moda və lifestyle brendləri ilə iş təcrübəsi üstünlükdür

  • Əvvəlki dizayn layihələrini əks etdirən portfolio mütləqdir

Maraqlanan namizədlərdən Portfolio və CV-lərini mövzu yerinə “Qrafik Dizayner” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız vəzifə tələblərinə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Blue Planet Distribution

Blue Planet Distribution

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16821

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya