**İş yeri:**Dəniz Mall
Əsas Öhdəliklər:
Müştəriləri nəzakətli və peşəkar şəkildə qarşılamaq, məhsullar barədə məlumat vermək və satış prosesini effektiv həyata keçirmək
Satış və qaytarma əməliyyatlarını müəyyən edilmiş qaydalara uyğun icra etmək
Kassa aparatı, POS terminal və digər avadanlıqlarla düzgün işləmək, nağd və qeyri-nağd ödənişləri qəbul etmək
Maliyyə vəsaitlərinin düzgün hesablanmasını və təhvil-təslimini təmin etmək
Məhsulların satışa hazır vəziyyətdə saxlanılmasına və mağazanın ümumi səliqəsinə nəzarət etmək
Stok yoxlanışı və məhsulların düzgün yerləşdirilməsində iştirak etmək
Müştəri məmnuniyyətini və satış hədəflərini təmin etmək
Daxili qaydalara, korporativ standartlara və məxfilik prinsiplərinə riayət etmək.