Könüllülük proqramı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Yayını könüllülük proqramı ilə dəyərləndirmək istəyirsən?
İyun ayının ilk yarısında həyata keçiriləcək layihə üçün komandamıza məsuliyyətli və ünsiyyətcil könüllülər dəvət edirik. Layihə çərçivəsində idman mağazalarımızda müştəri məmnuniyyəti sorğusu (NPS) keçiriləcək. Bu, qısa müddətli, dinamik və maraqlı təcrübə fürsətidir.
Səni nə gözləyir?
Real iş təcrübəsi
Aktiv və gənc iş mühiti
Yeni insanlarla ünsiyyət və networking imkanı
Gələcək karyera imkanları
Fəaliyyət 11 mağaza üzrə həyata keçiriləcək
Müddət: 2 həftə
Axtardığımız namizədlər:
Azərbaycan və rus dillərini bilən (ingilis dili arzuolunandır)
Ünsiyyətcil, məsuliyyətli və pozitiv
Səliqəli və təqdimatlı görünüşə malik
Sorğu sahəsində təcrübəsi olanlara üstünlük verilir
Əgər sən də aktiv mühitdə təcrübə qazanmaq və yayını faydalı keçirmək istəyirsənsə, bu fürsəti qaçırma
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Könüllülük proqramı” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Blue Planet Distribution
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16820
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə