Qeyri maliyyə risklərinin idarə edilməsi şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 18 yanvar 2026
Təsvir
Risklərin idarəedilməsi departamenti, Qeyri-maliyyə risklərinin idarə edilməsi şöbəsi
Vəzifə Öhdəlikləri:
Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərin idarəedilməsi üzrə daxili alətlər/modellər yaratmaq, tətbiq etmək və təkmilləşdirmək;
Şirkətin fəaliyyəti nəticəsində yaranan riskləri aşkar etmək, qiymətləndirmək, nəzarət etmək və minimallaşdırmaq, monitorinqin effektiv aparılması üçün tədbirlər görmək;
Şirkətin strateji hədəflərinə uyğun əməliyyat riski iştahasının müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək;
Şirkətin qəbul etdiyi məqbul risk səviyyələrinə əməl olunmasını nəzərdən keçirmək, kənarlaşmalar barədə məlumat vermək və onların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq;
Şirkətdə risk mədəniyyətinin formalaşmasında, qiymətləndirilməsində və bununla bağlı müvafiq proqramlarda iştirak etmək;
Risklərin idarəedilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri RİK-ə təqdim etmək;
Aidiyyəti struktur bölmələrlə birgə illik qlobal həssaslıq (stress) testləri həyata keçirmək və gözlənilməz risklərin azaldılması ilə bağlı tədbirlər planının hazırlanmasında risk sahiblərinə dəstək göstərmək, biznesin təhlükəsizlik planı üzrə işlərə nəzarət etmək, təkliflər vermək;
Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərinin dinamikasını izləmək və daimi nəzarətdə saxlamaq, bununla bağlı hesabatları tərkib etmək;
Qeyri-maliyyə (əməliyyat, IT və s.) riskləri üzrə risk xəritəsini və hadisələrin məlumat bazasını yaratmaq və davamlı olaraq nəzarət etmək;
Daxili insidentlər, itkilər, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatlar toplamaq və onların səbəblərini araşdırmaq;
Əsas risk indikatorlarını müəyyənləşdirmək, tətbiq etmək və onların təhlilini aparmaq.
Namizədə olan tələblər:
İş təcrübəsi: Risklərin idarəedilməsi sahəsi üzrə 3-5 il iş təcrübəsi;
Təhsili: Riyaziyyat, Maliyyə, İqtisadiyyat və İdarəetmə ixtisaslar üzrə bakalavr dərəcəsi;
**Dil bilikləri:**Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı;
Kompüter bilikləri: MS Office:əla
Üstünlüklər: GRC (Governance, Risk, Compliance) kimi alətlərlə işləmə təcrübəsi.
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
PASHA Life
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4299
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə