Agile kouç

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 17 yanvar 2026

Təsvir

Agile idarəetmə mərkəzi
Vəzifə Öhdəlikləri:

  • Cəmiyyət səviyyəsində Agile transformasiyanın həyata keçirilməsi, Agile düşüncə tərzinin formalaşdırılması və davamlı inkişafının təmin edilməsi.

  • Agile transformasiya proqramı çərçivəsində strukturun, əməliyyat modelinin, rolların və proseslərin qurulması, təşəbbüslərin icrası və hesabatlılığın təmin edilməsi.

  • Qəbul olunmuş Agile metodologiyasının tətbiqi, yenilənməsi, sənədləşdirilməsi və daxili normativ sənədlərin prosedurlara uyğun olaraq vaxtında aktual saxlanılması.

  • Fərdi, komanda və liderlər səviyyəsində Agile coaching və Agile yanaşma üzrə təlimlərin keçirilməsi.

  • Yeni agile komandaların, tribe və digər agile strukturların qurulmasında iştirak və bu komandalarda Agile yanaşmanın tətbiqinin təmin edilməsi.

  • Agile və ənənəvi komandalar arasında proseslərin sinxronizasiyası, risklərin idarə edilməsi və əməkdaşlığın gücləndirilməsi.

  • Məhsul sahibləri və komandalar üçün Agile görüşlərin (events), təslimat, QBR və məhsulyaratma proseslərinin idarə olunması və təkmilləşdirilməsi.

  • Agile prinsipləri əsasında komandaların fəaliyyətinə mane olan problemlərin aradan qaldırılması, özünüidarəetmənin və komanda ruhunun gücləndirilməsi.

  • Agile bilik və təcrübəsinin paylaşılması, davamlı inkişaf mədəniyyətinin təşviqi və komandaların uğur və problemlərinin tanınmasının dəstəklənməsi.

  • Əməliyyat riski və ya insident aşkar edildikdə, daxili normativ sənədlərə uyğun olaraq müvafiq strukturların vaxtında məlumatlandırılması.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Agile sahəsi üzrə 3-5 il iş təcrübəsi tələb olunur.

  • Təhsili/ixtisası: Biznesin idarə edilməsi, layihə menecmenti, HR, strateji idarəetmə və ya İT (kompüter elmləri, informasiya sistemləri və s.) üzrə bakalavr dərəcəsi (proqramlaşdırma bacarığı tələb olunmur, texniki sistemlər üzrə anlayış vacibdir).

  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta , Rus dili:orta

  • Kompüter bilikləri: MS Office:əla , MS Outlook:əla , MS PowerPoint:əla , MS Word:əla

Üstünlüklər:

  • Biznes səviyyəsində transformasiya təşəbbüslərində iştirak/təşəbbüsləri aparmaq

  • Proqressiv şirkətin tərkib hissəsi kimi müxtəlif istiqamətlərdə və səviyyələrdə fəaliyyət/əməkdaşlıq

  • Bütöv bir biznes istiqamətinə (stream) kouçinq/fasilitasiya dəstəyi göstərmək və Agile liderlərlə sıx əməkdaşlıq

  • Güclü komandada və tələbkar mühitdə davamlı öyrənmə

Fərdi keyfiyyətlər:

  • Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;

  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;

  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;

  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;

  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;

  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4297

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi

Tam Ştat

Ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti,Ehtiyyatların hesablanması şöbəsi Vəzifə Öhdəlikləri: Nəzarət orqanına təqdim olunan hesabatların hazırlanması prosesində iştirak edilməsi; Baş vermiş lakin tənzimlənməmiş zərərlər (OCR) üzrə ehtiyatların hesablanması; Baş vermiş lakin bildirilməmiş zərərlər (IBNR) üzrə ehtiyatların hesablanması; Baş vermiş sığorta hadisələri üzrə ehtiyatlarda təkrarsığortaçının payının formalaşdırılması; IFRS 17 standartları üzrə ehtiyatların (Cash flow) hesablanması prosesində iştirak edilməsi; Sığorta hadisələri üzrə ehtiyatların IFRS 17 standartlarına uyğunlaşdırılması; IFRS 17 üzrə Cash flow-nun hazırlanmasında istifadə edilən fərziyyələrin (assumtionların) formalaşdırılması prosesində iştirak edilməsi; İllik əsasda IFRS 17 üzrə ehtiyatların proqnozlaşdırılması prosesində iştirak edilməsi; Digər struktur bölmələrə dövrü əsasda təqdim olunan hesabatların hazırlanma prosesində iştirak edilməsi; Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların vaxtında və dəqiq şəkildə yerinə yetirilməsi. Namizədə olan tələblər: İş təcrübəsi: Aktiv və öhdəliklərin idarə edilməsi və ya Ehtiyyatların hesablanması sahəsi üzrə minimum 6 ay iş təcrübəsi tələb olunur. Təhsili: Riyaziyyat, maliyyə, iqtisadiyyat, üzrə bakalavr dərəcəsi; Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili: əla Kompüter bilikləri: MS Office:əla Üstünlüklər: SOA Exam P/FM və ya yerli aktuari imtahanlarında nailiyyət Mərkəzi Bankın tələblərinə uyğun ehtiyatların hesablanması üzrə nəzəri və ya praktiki biliklərin olması. IFRS 17 standartı ilə bağlı nəzəri və ya praktiki biliklərin olması. Assumption (fərziyyə) modellərinin qurulması və test edilməsi sahəsində anlayış və ya təcrübənin olması. Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı. Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyri maliyyə risklərinin idarə edilməsi şöbəsinin müdiri

Tam Ştat

Risklərin idarəedilməsi departamenti, Qeyri-maliyyə risklərinin idarə edilməsi şöbəsi Vəzifə Öhdəlikləri: Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərin idarəedilməsi üzrə daxili alətlər/modellər yaratmaq, tətbiq etmək və təkmilləşdirmək; Şirkətin fəaliyyəti nəticəsində yaranan riskləri aşkar etmək, qiymətləndirmək, nəzarət etmək və minimallaşdırmaq, monitorinqin effektiv aparılması üçün tədbirlər görmək; Şirkətin strateji hədəflərinə uyğun əməliyyat riski iştahasının müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək; Şirkətin qəbul etdiyi məqbul risk səviyyələrinə əməl olunmasını nəzərdən keçirmək, kənarlaşmalar barədə məlumat vermək və onların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq; Şirkətdə risk mədəniyyətinin formalaşmasında, qiymətləndirilməsində və bununla bağlı müvafiq proqramlarda iştirak etmək; Risklərin idarəedilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri RİK-ə təqdim etmək; Aidiyyəti struktur bölmələrlə birgə illik qlobal həssaslıq (stress) testləri həyata keçirmək və gözlənilməz risklərin azaldılması ilə bağlı tədbirlər planının hazırlanmasında risk sahiblərinə dəstək göstərmək, biznesin təhlükəsizlik planı üzrə işlərə nəzarət etmək, təkliflər vermək; Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərinin dinamikasını izləmək və daimi nəzarətdə saxlamaq, bununla bağlı hesabatları tərkib etmək; Qeyri-maliyyə (əməliyyat, IT və s.) riskləri üzrə risk xəritəsini və hadisələrin məlumat bazasını yaratmaq və davamlı olaraq nəzarət etmək; Daxili insidentlər, itkilər, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatlar toplamaq və onların səbəblərini araşdırmaq; Əsas risk indikatorlarını müəyyənləşdirmək, tətbiq etmək və onların təhlilini aparmaq. Namizədə olan tələblər: İş təcrübəsi: Risklərin idarəedilməsi sahəsi üzrə 3-5 il iş təcrübəsi; Təhsili: Riyaziyyat, Maliyyə, İqtisadiyyat və İdarəetmə ixtisaslar üzrə bakalavr dərəcəsi; **Dil bilikləri:**Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı; Kompüter bilikləri: MS Office:əla Üstünlüklər: GRC (Governance, Risk, Compliance) kimi alətlərlə işləmə təcrübəsi. Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı. Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.