Ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 17 yanvar 2026
Təsvir
Ehtiyatların hesablanması şöbəsinin kiçik mütəxəssisi
Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti,Ehtiyyatların hesablanması şöbəsi
Vəzifə Öhdəlikləri:
Nəzarət orqanına təqdim olunan hesabatların hazırlanması prosesində iştirak edilməsi;
Baş vermiş lakin tənzimlənməmiş zərərlər (OCR) üzrə ehtiyatların hesablanması;
Baş vermiş lakin bildirilməmiş zərərlər (IBNR) üzrə ehtiyatların hesablanması;
Baş vermiş sığorta hadisələri üzrə ehtiyatlarda təkrarsığortaçının payının formalaşdırılması;
IFRS 17 standartları üzrə ehtiyatların (Cash flow) hesablanması prosesində iştirak edilməsi;
Sığorta hadisələri üzrə ehtiyatların IFRS 17 standartlarına uyğunlaşdırılması;
IFRS 17 üzrə Cash flow-nun hazırlanmasında istifadə edilən fərziyyələrin (assumtionların) formalaşdırılması prosesində iştirak edilməsi;
İllik əsasda IFRS 17 üzrə ehtiyatların proqnozlaşdırılması prosesində iştirak edilməsi;
Digər struktur bölmələrə dövrü əsasda təqdim olunan hesabatların hazırlanma prosesində iştirak edilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların vaxtında və dəqiq şəkildə yerinə yetirilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Aktiv və öhdəliklərin idarə edilməsi və ya Ehtiyyatların hesablanması sahəsi üzrə minimum 6 ay iş təcrübəsi tələb olunur.
Təhsili: Riyaziyyat, maliyyə, iqtisadiyyat, üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili: əla
Kompüter bilikləri: MS Office:əla
Üstünlüklər:
SOA Exam P/FM və ya yerli aktuari imtahanlarında nailiyyət
Mərkəzi Bankın tələblərinə uyğun ehtiyatların hesablanması üzrə nəzəri və ya praktiki biliklərin olması.
IFRS 17 standartı ilə bağlı nəzəri və ya praktiki biliklərin olması.
Assumption (fərziyyə) modellərinin qurulması və test edilməsi sahəsində anlayış və ya təcrübənin olması.
Fərdi keyfiyyətlər:
Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
PASHA Life
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4298
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə