Qaynaqçı
Bakı
Tam Ştat
Menecer
1.000 - 1.200 AZN
Yerləşdirilib 26 may 2026
Son Tarix: 29 iyun 2026
Təsvir
Müasir qaynaq aparatları ilə işləməyi bacarmalıdır.
Qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir.
İş Proseduru və riski dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir.
Qaynaq edərkən qaynaq prosedurunun tələblərinə uyğun işini qurmalı, qaynaq tikişlərini qaynaq prosedurunun spesifikasiyasına uyğun yerinə yetirməyi bacarmalıdır.
İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli.
Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir.
İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır.
Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə şöbə rəisinə məlumat verməlidir.
Temperatur rejiminə ciddi nəzarət etməlidir.
Qaynaq avadanlıqlarının, arqon, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir.
Tələblər
Təhsil : Orta
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 23 - 65
Cins : Kişi
Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma.
Texniki-təhlükəsizlik qaydalarını bilməli.
Tapşırıqları diqqətlə və vaxtında yerinə yetirmək
İş qrafiki 6 günlükdür (6-cı gün qısa iş günü)
Nahar şirkət tərəfindən təmin edilir.
Zavod ünvanı Xəzər rayonu, Binə. Koroğlu m/s servis şirkət tərəfindən təmin olunur. (Binədə yaşayanlara üstünlük verilir)
Uyğun namizədlər "Qaynaqçı" başlıqlı qeyd edib CV-lərini mail ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Buta Construction MMC
Buta Construction MMC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, layihələndirmə və mühəndislik xidmətləri sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış, kommersiya və sənaye obyektələrinin tikintisi, eləcə də infrastruktur layihələrinin icrası üzrə fəaliyyət göstərərək müasir tikinti standartlarına uyğun həllər təqdim edir. Buta Construction keyfiyyətli və davamlı layihələrin həyata keçirilməsi ilə bazarda tanınır. Şirkət fəaliyyətində peşəkarlıq, təhlükəsizlik və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. Buta Construction MMC müasir texnologiyaların tətbiqi, layihələrin vaxtında təhvil verilməsi və yüksək keyfiyyət standartlarının qorunmasına xüsusi önəm verir. Şirkət uzunmüddətli tərəfdaşlıqlar quraraq tikinti sektorunda dayanıqlı inkişafı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17774
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer