Ana Səhifə
Vakansiyalar

İnsan resursları üzrə kiçik mütəxəssis

İnsan resursları üzrə kiçik mütəxəssis

Bakı

Tam Ştat

Orta Səviyyə

500 - 600 AZN

Yerləşdirilib 14 may 2026

Son Tarix: 21 iyun 2026

Təsvir

Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi.
Sənəd axınının idarə edilməsi – işçilərin şəxsi qovluqlarının formata uyğun tərtibi, qeydlərin aparılması və kadr sənədlərinin (çap və elektron formatları) düzgün formada tərtibi və qorunması.
Baş ofis və regionlarda yerləşən ofislər arasında İR üzrə sənəd axınının düzgün və vaxtında idarə olunmasınının təmin edilməsi.
Kadr dəyişiklikləri ilə bağlı əmrlərin, əmək müqavilələrin və digər kadr sənədlərinin hazırlanması və qovluqlara yerləşdirilməsi.
HR fayllarının arxivləşdirilməsi və sistemli saxlanılmasına dəstək göstərmək.
İşçilərin şəxsi məlumatlarının HR sisteminə düzgün və vaxtında daxil edilməsi və yenilənməsində dəstək göstərmək.
İşçi müqavilələrinin müddətinin izlənilməsivə vaxtında yenilənməsinin təmin edilməsi.
Daxili və xarici audit yoxlamalrı zamanı lazım olan sənədlərin təmin edilməsi.
Yeni işçilərin və işdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, anket blankının doldurulması və digər şirkətdaxili prosedurların təmin edilməsi).
Kadr uçotu, işçilərə cari və keçmiş əmək fəaliyyətləri haqqında arayışlar vermək.
Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi.

Tələblər

Təhsil : Orta texniki
İş təcrübəsi : 1 ildən aşağı
Yaş : 22 - 28
Cins : Qadın
Ali və ya orta texniki təhsil
1 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan, Rus dili – arzuolunandır
Ofis proqramlarında sərbəst işləməyi bacarmalı
Məsuliyyətli, işi düzgün icra etməli
Öyrənməyə həvəsli, yeniliyə açıq, araşdırmacı olmalı

5 günlük iş rejimi.
Korporativ mobil nömrə.
Ofis ünvanı Xəzər rayonu, Binə. Koroğlu m/s servis şirkət tərəfindən təmin olunur. (Binədə yaşayanlara üstünlük verilir)
Nahar, servis və şirkət tərəfindən qarşılanır.
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən olunur.
Müraciət etmək istəyən namizədlər "İnsan resursları üzrə kiçik mütəxəssis" qeyd edib CV-lərini mail ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Buta Construction MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16087

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Texniki ofis mühəndisi

Tam Ştat

Layihələrin texniki sənədlərinin hazırlanması və yoxlanılması. Tikinti işlərinin layihəyə uyğunluğunun nəzarətdə saxlanılması. Tikinti materiallarının və iş həcmlərinin hesablanması. İş icra planlarının, qrafiklərinin və gündəlik/aylıq hesabatların hazırlanması. Sifarişçilərin və texniki heyətlə koordinasiyanın təmin edilməsi. Müəyyən edilmiş vaxt ərzində görüləcək işin planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi. Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə uyğun olaraq nəzarətin həyata keçirilməsi. Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması. Görülmüş işlər üzrə aylıq hesabatın hazırlanıb lahiyə rəhbərinə təqdim olunması. İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması. İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi. Sahələrdən gələn texniki hesabatların yoxlanması. İnşaat normativ jurnallarının sistematik yazılması.

Bakı

Sahə rəisi

Tam Ştat

Tikinti sahəsində gündəlik işlərin planlaşdırılması, təşkili və nəzarəti. Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir. Sahədə çalışan işçi heyətinin idarə olunması və koordinasiyası. İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır. Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir. Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir. Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir. Texniki avadanlıqlardan (nərdivanlar, ayaqaltilar, müdafiə ləvazimatı, və s. qurğular) və işçilərin fərdi qoruma vasitələrindən istifadəni təmin edir. Ağırlığın qaldırılması normalarına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir. Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir. Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür. Tikinti işlərinin keyfiyyətinə və texniki standartlara uyğunluğuna nəzarət. İş qrafiklərinə riayət olunmasını təmin etmək və gecikmələrin qarşısını almaq. Materialların düzgün istifadəsinə nəzarət. Texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək. Görülmüş işlər barədə rəhbərliyə gündəlik və həftəlik məlumatların verilməsi. Layihə rəhbəri və mühəndis heyəti ilə sıx əməkdaşlıq. Sahədə yaranan texniki problemlərin operativ şəkildə həll edilməsi. Forma 2 və Forma 3 sənədlərinin hazırlanması, yoxlanılması və təsdiq proseslərində aktiv iştirak.

Bakı