Bakı

Tam Ştat

Orta Səviyyə

1.000 - 2.000 AZN

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 2 iyun 2026

Təsvir

Tikinti sahəsində gündəlik işlərin planlaşdırılması, təşkili və nəzarəti.
Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
Sahədə çalışan işçi heyətinin idarə olunması və koordinasiyası.
İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir.
Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır.
Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir.
Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir.
Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir.
Texniki avadanlıqlardan (nərdivanlar, ayaqaltilar, müdafiə ləvazimatı, və s. qurğular) və işçilərin fərdi qoruma vasitələrindən istifadəni təmin edir.
Ağırlığın qaldırılması normalarına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir.
Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir.
Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür.
Tikinti işlərinin keyfiyyətinə və texniki standartlara uyğunluğuna nəzarət.
İş qrafiklərinə riayət olunmasını təmin etmək və gecikmələrin qarşısını almaq.
Materialların düzgün istifadəsinə nəzarət.
Texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.
Görülmüş işlər barədə rəhbərliyə gündəlik və həftəlik məlumatların verilməsi.
Layihə rəhbəri və mühəndis heyəti ilə sıx əməkdaşlıq.
Sahədə yaranan texniki problemlərin operativ şəkildə həll edilməsi.
Forma 2 və Forma 3 sənədlərinin hazırlanması, yoxlanılması və təsdiq proseslərində aktiv iştirak.

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 28 - 65
Cins : Kişi
6 günlük iş rejimi.
Korporativ mobil nömrə və danışıq paketi.
Dəstəkçi və əməkdaşlığa açıq komanda mühiti.
Nahar, servis və forma şirkət tərəfindən qarşılanır.
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən olunur.
Ali təhsil
Tikinti və təmir sahəsində 3 il və daha çox təcrübə.
Azərbaycan dili əla, ingilis dili və rus dili üstünlükdür.
Güclü kommunukasiya və kordinasiya bacarıqları.
Müraciət etmək istəyən namizədlər "Sahə rəisi" qeyd edib CV-lərini mail ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Buta Construction MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14884

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya